İdman

AVRO-2024: Fransa millisi böyük turnirlərdə üstün olduğu rəqibə qarşı

Almaniyada təşkil olunan Avropa çempionatının yarımfinal mərhələsində bu gün üz-üzə gələcək İspaniya və Fransa milliləri daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) beş dəfə qarşılaşıblar. “Zirvə yolu”nun məlumatına görə, iki yığma arasındakı ilk dörd matçın üçündə “xoruzlar” qələbə qazanıblar.Fransızlar 1984-cü ildəki Avropa çempionatının finalında 2:0, AVRO-2000-in 1/4 finalında 2:1, DÇ-2006-nın 1/8 finalında isə 3:1 hesablı qalibiyyətə seviniblər. AVRO-2012-nin 1/4 finalında İspaniya seçməsi rəqibini iki cavabsız qolla üstələyib.1996-cı ildəki qitə çempionatında tərəflər qrup mərhələsində heç-heçəyə razılaşıblar – 1:1.AVRO-2024-də meydana çıxdığı bütün oyunlarda qələbə əldə edən yeganə komanda İspaniyadır. “Matadorlar” bu dəfə də eyni nəticəni göstərsə, yeni rekord müəyyənləşdirəcək. Avropa çempionatları tarixində ardıcıl altı qələbə əldə edən və bir turnirdə bu sayda qalibiyyətə çatan yığma yoxdur.Fransanın hazırkı yarışdakı matçlarında ümumilikdə 4 qol vurulub. Üç dəfə rəqib qapısına yol tapan milli öz qapısında, sadəcə, bir top görüb. Bu qolların ikisi penaltidən vurulub, digər ikisi isə avtoqol kimi qeydə alınıb.Qeyd edək ki, İspaniya – Fransa oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi finalda İngiltərə – Niderland duelinin güclüsü ilə üz-üzə gələcək.

Paylaş: