Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının iclasının vaxtı məlum olub
Bu il iyulun 10-da Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının növbəti 13-cü iclası keçiriləcək. “Zirvə yolu” xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyindən məlumat verilib.“Sabah, iyulun 10-da Daşkənddə Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək”, – məlumatda qeyd olunub.Hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovdur.Xatırladaq ki, Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının 12-ci iclası 2023-cü ildə Şuşada keçirilib. Həmin iclasda sənaye kooperasiyasının inkişafı, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən regionlararası və mədəni-humanitar əlaqələrin inkişafı məsələləri müzakirə edilib.