İqtisadiyyat Manşet

Braziliya şirkətləri biznes imkanlarını araşdırmaq üçün Bakı Limanına səfər edəcəklər

Braziliyanın aparıcı özəl şirkətləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakı Beynəlxalq Dəniz Limanının ikinci fazasının genişləndirilməsi planı çərçivəsində potensial biznes imkanlarını araşdırmaq üçün limana səfəri razılaşdırılıb. “Zirvə yolu” Bakı Limanına istinadən xəbər verir ki, bu, Braziliyanın Milli Sənaye Konfederasiyasının Ətraf Mühit və Dayanıqlı İnkişaf üzrə rəsmisi Davi Bomtemponun rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətinin Bakı Limanına səfəri çərçivəsində müzakirə edilib.Görüşdə, Braziliyanın ölkədəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz da iştirak edib.Müzakirələrdə Limanın Orta Dəhliz üçün yaşıllaşdırılma layihələri və onun qlobal əlaqədə əsas rolu müzakirə edilib. Braziliyanın Milli Sənaye Konfederasiyası Yaşıl Liman, Dayanıqlılıq, Ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsipləri və Bakı Limanının karbon emissiyası azaldılması üçün yaşıl həllər üzrə təcrübəsi ilə bağlı bilik və fikir mübadiləsinə hazır olduqlarını bildirib.Braziliyanın ən böyük biznes platforması olan Milli Sənaye Konfederasiyası davamlı inkişafı təşviq edir və 27 dövlət federasiyasını və 200 000-dən çox müəssisəni təmsil edir.

Paylaş: