Manşet Xəbər

COP29 sədri: Paris Sazişinin 6-cı Maddəsinin alətlərindən biri artıq razılaşdırılıb

İqlim ilə bağlı Paris Sazişinin 6-cı Maddəsinə uyğun olaraq bəzi məsələlər 6.8-ci maddə üzrə razılaşdırılıb, artıq hazır sənəd var. “Zirvə yolu” xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev deyib.“Ən mühüm müzakirə mövzularından biri Paris sazişinin 6-cı Maddəsidir. Bəzi məsələlər razılaşdırılıb, digərləri razılaşdırılmamış qalır. Hazırda bizim də fəal iştirak etdiyimiz müzakirələr gedir. Əgər ölkələr razılığa gələ bilsələr, bu, COP29-da çox mühüm qərar olacaq”, – o vurğulayıb.M.Babayev qeyd edib ki, Paris Sazişi çərçivəsində 6.2, 6.4 və 6.8-ci maddələr razılaşdırılır: “6.8-ci maddə artıq razılaşdırılıb, demək olar ki, hazır sənəddir. Tərəflər 6.2 və 6.4-cü maddələr üzrə müzakirələri davam etdirirlər”.6-cı Maddə Paris sazişinin əsas hissəsidir. O, tərəflərə öz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrini (NDC) həyata keçirmək üçün könüllü şəkildə əməkdaşlığa və inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyini səfərbər etməyə imkan verir.Maddə 6 daxilində üç alət var:Maddə 6.2: Ölkələrə iqlim dəyişikliyinin qarşısının alınması nəticələrini ikitərəfli şəkildə bölüşməyə və onlardan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin bir hissəsi kimi istifadə etməyə imkan verir;Maddə 6.4: Yüksək keyfiyyətli karbon kreditlərinin təsdiqlənməsi, yoxlanılması və buraxılması üçün yeni bir mexanizm yaradır;Maddə 6.8: Ölkələrə karbon bazarlarına etibar etmədən öz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrinə nail olmaq üçün əməkdaşlıq etmək imkanı verir.

Paylaş: