Türkiyənin İzmir şəhərindəki Çeşmə bölgəsi sahillərində 19 qanunsuz miqrant xilas edilib.“Zirvə yolu” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.O bildirib ki, həyata keçirilən xilasetmə məliyyatları nəticəsində həmçinin 7 qanunsuz miqrantın meyiti aşkarlanıb.Sağ tapılan qanunsuz miqrantların durumlarının normal olduğu bildirilir.