Paytaxtın Sabunçu rayonu Bakixanov qəsəbəsi, Fətəliyev 80, mənzil 54 ünvanında yaşayan vətəndaş Zoya Qrişpon Gununsesi.info-ya müraciət yollayıb.
Saytımıza yolladığı müraciətində vətəndaş “Azərsu” tərəfindən üzləşdiyi dələduzluq faktından bəhs edir.
Vətəndaş bildirir ki, ötən ay onun sayğac göstəriciləri səhv qeydə alinmiş və 1130 əvəzinə 1530 rəqəmi sistemə daxil edilmişdir.
“Bu isə 13 manat qanuni borc deyil, 413 manat borc deməkdir. Beləliklə, vətəndaşa 400 manat artıq borc yazilmışdır“.
Şikayətçi yazır ki, üzləşdiyi durumla bağlı Azərsu” Səhmdar Cəmiyyətinin qaynar xəttinə müraciət edərək, əməliyyatçı Asif Sadıqova bu barədə bildirib.
“Lakin söz verilsə də, heç bir dəyişiklik edilməmiş, borc silinməmişdir”.
Zoya Qrişponun üzləşdiyi bu vəziyyət barədə “Azərsu”nun münasibətini öyrənməyə çalışacağıq.
Gununsesi.info