Cəmiyyət

Milli bank sektorumuzun İKİ ƏN ZƏİF BƏNDİ… – Vətəndaş NƏ ETSİN?

“Kapital Bank”dan sonra indi də “Azərbaycan Beynəlxalq Bank” müştərilərinin kartlarından pul oğurlanma halları artıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Fərid Məmmədov Yazıb. O bildirib ki, ABB kartından pul oğurluğuna cəhd olub və bu kimi hallar artır:

““Kapital Bank” bitməmiş digəri başlayır. Bu nədi axı, ABB, gəlin cavab verin. Bu nə deməkdi?? Yaxşı ki, kartımda pul olmayıb. Neyləyək, kartların hamısını ləğv edib nağd ödənişlərə qayıdaq?”.
Xatırladaq ki, son günlər “Kapital Bank” kartlarından kütləvi oğurluqlar yaşanır. Bank kartlarından, hesablardan böyük məbləğdə pullar çəkilir.





Paylaş: