Cəmiyyət

Adil Vəliyevin adına 2 milyon manatlıq avtosalon-Rəsmi sənədlər

Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları barədə yerli və beynəlxalq mətbutada yazılar dərc olunur. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksər məmurların özlərinin və övladlarının sahib olduqları şirkətlərin, obyektlərin olması artıq adi hal alıb.

XALQ.AZ xəbər verir ki, Sabunçu rayon İcra Hakimiyyətinin başçsısı Adil Vəliyevin avtomobil salonları və digər biznes şəbəkəsi olması mətbuatda yayımlansada bununla bağlı heç bir təkzib verilməyib. İcra başçısının biznesini oğlu idarə etdiyi bildirilir.

Araşdırmalarımız nəticəsində həmin salonlar Adil Vəliyevə məxsus olması ilə bağlı rəsmi sənədlər əldə olunub.

XALQ.AZ-ın məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında, Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 37 ünvanında tikinti sahəsi 1026 kvadrat, 2 mərtəbli zirzəmili, olan obyekt  Adil Ənvər oğlu Vəliyevin adına sənədləşdirilib. “RED LİNE STUDİO” MMC-nin lahiyəçisi olduğu qeyri-yaşayış (avtomobillərin satışı salonu) binası kimi rəsmiləşmə 15.05.2024-cü ildə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq olunub.  24.05.2024-ci tarixində  Tikintilərin Dövlət Reyestri tərəfində qeydiyyata alınıb.

Həmçinin obyekt üçün 1 mərtəbəli  73 kvadratlıq  köməkçi tikililər (yeraltı su anbarları və nasosxana) rəsmi sənədlə icra başçısı vəzifəsini daşıyan Adil Vəliyevin adına rəsmiləşib.

3 sot ərazidə 2100 kvadrat olan obyektin hazırkı bazar qiyməti 2 milyon manatdan çox qiymətləndirilir.

Qeyd edək ki, Adil Vəliyev 2012-ci ildən Sabunçu rayon İcra Hakimiyyətinin başçsıdır.

Məsələ ilə bağlı Adil Vəliyevin açıqlamasın almaq mümkün olmadı.

Paylaş: