Cəmiyyət

Burda işçinin qara qəpik qədərində də dəyəri yox imiş… – BAŞ İDARƏ DEDİ… VƏSSALAM?!

“SOCAR Nəqliyyat idarəsinin 2 saylı Departamentinin işçisi aprel ayında 22 gün xəstə olub. Və bunun üçün ona həkim tərəfindən xəstəlik vərəqəsi verilib. Həmin günlərin müəyyən hissəsi (7 gün) Departament tərəfindən ödənilib. Üç aydan sonra 23.07.24 tarixində idarə hüquqşünası onu çağırıb və deyib ki, bülletenin “saxta” çıxıb, ya özün ərizə yazıb işdən çıx, yaxud da ki “statya” ilə işdən azad olunursan. Departament rəisi cənab Rövşən Əhmədov işçiyə deyib ki,tapşırıq Baş idarədəndir…” Dia-az.İnfo bildirir ki, bunu öz etirazında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin (NHMT) sədri Mirvari Qəhrəmanlı ifadə edib.
Daha sonra tanınmış hüquq müdafiəçisi belə bildirir: “Bu halda cənab hüquqşünas və ona bu tapşırığı verən Departament rəisi sualları cavablandıra bilsəniz şad olaram:
-Həmin xəstəlik vərəqəsini işçi saxta yolla hazırlayıb?
-Həmin xəstəlik vərəqəsinin qeydiyyatına, işçi cavabdehdir?
-Xəstəlik vərəqəsi dövlət sənədidir,o saxta sayıla bilməz.
-Həmin xəstəlik vərəqəsi “saxta” idisə rəhbərlik etdiyiniz Departamentin müvafiq şöbələri niyə ödəniş edib? Niyə yoxlamayıb? Bu halda onlar da işdən azad edilməlidirlər?
Sonda:

  • İşçilərə xəstəlik vərəqəsinin verilməsi hüququ – Azərbaycan qanunvericiliyinə görə tibbi orqanların səlahiyyətlərinə aiddir, idarə, müəssisə və təşkilatlar tərəfindən müdaxilə isə yolverilməz və qanunsuzdur. Buna görə işçiyə təzyiq etmə,onu işdən azad etmə qeyri qanunidir!
  • İşçilərə verilmiş xəstəlik vərəqələri – tibb müəssisələrinin deyil, yalnız məhkəmə qərarları əsasında ləğv edilə bilər.
    Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi olaraq etdiyiniz hərəkət və təzyiqi, əsassız və qanunsuz hesab edirik…”
Paylaş: