Cəmiyyət

Yeni rəhbər elə bil kəsib-doğramağa gəlib… – “Qohumbazlıq… sövdələşmələr gedir…”

“Ayda 10 min manatdan çox maaş alanlar var bu sistemdə… gözləri doymur. Allah qarşısında necə hesab verəcəksiniz? SOCAR-ın bütün sahələrində fəhlələrin maaşlarını azaltmaq, ezamiyyə pullarını müəyyən sahələrə verib, müəyyən sahələrinə verməmək kimi hallar artmaqdadır. Burda başa düşüləni odur ki, qohumbazlıq və müəyyən sövdələşmələr gedir…” Dia-az.İnfo bildirir ki, bu sözlər Elmin Rəhimov “Azəriqaz” çalışanının müraciətində yer alıb.

Narazı vətəndaş daha sonra yazır: “”Azəriqaz” İstehsalat Birliyinin TTİ sahəsində işləyirəm, artıq üçüncü aya daxil olur ki fəhlələrin özlərinin rifahının yaxşılaşması üçün göz dikdikləri ezamiyyə pullarına məhdudiyyət qoyurlar.

Biz dərdimizi kimə deyək, neyləyək… bilmirik… Dünən 13 min manat kreditə girmişəm. 20%-lə “Beynəlxalq bank”dan öz iş yoldaşımın adına məcburiyyətdən götürdüm. Ailə vəziyyətimiz çətindir. Övladlarımın müalicəsi üçün məcbur qaldım.

Olmazmı ki elə növbəli şəkildə ezamiyyələrin verilməsi olsun? Olmazmı ki əmək haqlarının artımı olsun? Belə yanaşmaq olmaz fəhlələrə qarşı… Bu gedişatla cavanları işdən də çıxardanda işsiz qalıb pis vərdişlərə meyilənirlər…

Gəlin haqq yoluna… olmaz belə… Hamı bu dünyadan əliboş gedəcək… O biri dünyada, vallah, nə vəzifəli olacaq… nə də fəhlə… Nə qalacaqsa, bu dünyadan o dünyaya insanlıq qalacaq…”

Paylaş: