Siyasət

Nazir müavini Sahib Məmmədov namizəd olacaq?-Özəl məlumat

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri Səttar Möhbalıyev təşkilatın növbədənkənar qurultayının çağırılması barədə qərar verib.Xəbər verdiyimiz ki,Səttar Möhbalıyev AHİK-ın sədrliyi ilə vidalaşacaq, çünki sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bitərəf namizəd kimi iştirak edəcək. 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verən Səttar Möhbalıyevin artıq namizədliyi qeydə alınıb.Məlumatına görə  26 avqustda keçiriləcək növbədənkənar qurultayda (AHİK) sədri postuna bir neçə namizəd olması iddia edilir.XALQ.AZ məlumat verir ki, iddialara görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri postuna   Sahib Məmmədov namizədliyini veriləcəyi gözlənilir. Məlumata əsasən AHİK-ın sədr postu seçkilərlə keçirilir.Qeyd edək ki, Sahib Məmmədov 2021-ci ildən iqtisadiyyat nazirinin müavini vəzifəsinə çalışır. 2012-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci ildə “Tərəqqi” medalları ilə təltif olunub.(XALQ)

Paylaş: