Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) heç kəsin işinə yaramadığını, heç bir işçinin sınan barmağına bir zad eləmədiyini uzun illərdir yerli mətbuatımız yazır. Amma nə olsun ki, bu Səttar Möhbalıaev və onun çox saylı “həmkarları” üçün heç bir şey dəyişmir.
Səttar Möhbalıyaev Azərbaycanda 19-cu əsr qaydaları ilə istismara məruz qalan işçilərin güya hüquqlarını qoruyan baş “sendikaçı” rolunu ifa etsə də, bu günə qədər heç kim nə onun, nə də hər ay işçilərdən milyonlarla manat üzvlük haqqı toplayan “Həmkarlar”ının adından işçilərin haqqlarının müdafiəsi üçün bir bəyanat deyil, bir çürük söz belə eşitməyib. Bu də təbiidir. Çünki 30 ilə yaxındır ki, Səttar Möhbalıyevin başı “həmkarlar”ının onun üçün işçilərdən məcburi qaydada topladığı pulları “xırıd” eləməyə qarışıb. Pul o qədər çoxdur ki, Səttar müəllim vaxt tapıb işçi ilə filanla maraqlana bilmir… Əsas məsələ o pulları yerbəyer eləməkdir. Mətbuatın yazdığına görə Səttar müəllim o pulları uğurlu bir şəkildə xaricdə və ölkədə yerbəyer edib…
Ancaq Səttar müəllimin “biznesi” təkcə istər dövlət, istərsə də özəl sekterda çalışan işçilərin hüquqlarının kütləvi şəkildə pozulmasından qazanılan pullar deyil. Cənab Möhbalıyev həm də işçilərin dincəlmək və müalicə olunmaq hüquqlarından da milyonlar qazanır…
Qeyd edək ki, Azərbaycanın baş “sendikaçısı” həm də çox saylı sanatoriyaların da tam hüquqlu sahibidir. Bu axmaq ənənə sovet dövründən qalıb. Yəni sovet dönəmində həmkarlar ittifaqı həm də işçinin dincəlməsindən məsuliyyət daşıyırdı və 30 illik müstəqillik dönəmində bu da dəyişməyib və elə o vaxtdan qalan sanotoriyalar da Səttar müəllimin ata malına çevrilib.
Ona görə Səttar müəllimin ata mülküdür deyirik ki, cənab Möhbalıyev əlini “Quran”ın üstünə qoyub and içə bilməz ki, bu 30 ildə o, hansısa işçini qarşılığını almadan sanatoriyaya yollayıb. Ümumiyyətlə bizə çatan məlumatlarda bildirilir ki, qarşlıqsız sanatoriya yollanışı əldə etmək üçün hansısa yüksək vəzifəli biri Səttar müəllimə ağız açıb minnəıtçi düşməlidir. Olmasa hansısa işçinin sanatoriyanın yolunu tanıması imkansız bir şeydir. Təbii ki, hansısa yüksək vəzivəli şəxs də Səttar müəllimdən hansısa işçinin xahişini eləmir. O üzdən də sovet dönəmindən fərqli olaraq, əsil işçilər də bu 30 ildə sanatoriya yolunu tanıya bilməyiblər.
Bu arada 30 ildir “həmkarlar”ın patronu olan Səttar Möhbalıyev bir zamanlar sabiq MTN şefi Eldar Mahmudovla bir can-qəlb içində olub. Eldar müəllimin gründüyü ictimai yerlərdə, toyda bayramda həmişə Səttar Mehbalıyev onun məiyyəti içində yer alıb, hətta qol-qola görünüblər. Eldar müəllimin Səttar müəllimi niyə çox sevməsinin isə öz səbəbləri var. Mahmudov və “dəstəsinin” ifşasından sonra isə Möhbalıyevi “edam kötüyünə” gedən yoldan qudası Əli Həsənov xilas edib. Lakin Əli Həsənovun da iflasından sonra Möhbalıyev havadan asılı qalıb. Hətta deyilənə görə sudan çıxarılan balıq kimi nəfəs almaq üşün çox zəhmətlər çəkib. Deyilənə görə Səttar Möhbalıyev çox çətinliklə də olsa özünü Naxçıvanın sədri Vasif Talıbovun çətiri altına sala bilib. Bunun üçün də 100 minlərlə işçinin üzvlük haqqını qurban verməkdən də çəkinməyib. Çünki qaz gələn yerdən toyuq əsirgənilməz… (Replika TV)