Cəmiyyət

“Nabranda yerləşən `Maralgöl`ə ayağınızı basmayın!” – Biabırçılıq, yiyəsizlik, özbaşınalıq və rəzillik…

Aparıcı Saleh Bağırov Nabranda yerləşən “MaralGöl” istirahət mərkəzindən şikayət edib.

Aparıcı sosial media hesabında paylaşım edərək, qiymətlərin baha olmasından gileylənib.

“Milli turizm inciləri… Nabranda yerləşən “Maralgöl”ə ayağınızı basmayın. Biabırçılıq, yiyəsizlik, özbaşınalıq və rəzillik… Müştəriyə davramış mədəniyyəti sıfır, xidmət sıfırın altında. Yemək yemirsənsə, çay içmək qadağandır. Təkid edirsənsə, 20 manat dəyəri olmayan dəstgahı 50 manatdan aşağı olmamaqla götürməyə məcbursan. Hünərin var etiraz elə. Rəhbərlik nazla, istəmədən yaxınlaşır və izahı “mövsümdür, qazanmalıyıq”. Deyəndə ki, müştərilərinin hesabına guya ad çıxarmısan, bu nə münasibətdir? Söyləyir ki, indi yemək yemək istəyən olsa, deyim ki, çay içən var? Bax, beləcə bu vəziyyətdədir sözügedən obyekt. Çoxları da eyni gündədir. Özünə hörmət edən belə rəzil məkana ayaq basmaz. Sizin hesabınıza ciblərini doldurub, sizi bəyənməyən bu kimi məkanları boykot etmək zamanı çoxdan yetişib”.(Lent)

Paylaş: