Azərbaycan Milli Elmler Akademiyasında, Lomonosov adına Moskva Universitetinin Baki filialinda, Metropolitendə və digər təhsil müəssisələrindəki həkim məntəqələrinin ləğvi nəzərdə tutulur.
Bu barədə Gununsesi.info-ya adıçəkilən təhsil ocağının birindən verilən məlumatda bildirilir.
Məlumata görə, bu barədə TƏBİB təşəbbüs göstərib və yaxın zamanlarda bunun reallaşması gözlənilir.
Ancaq narazılar deyir ki, bu addım Nazrirlər Kabinetinin 218 nömrəli qərarı,Prezidentin156 sayli fərmani və Təhsil haqqında Azərbaycan prezidentinin tərəfindən qəbul edilmiș qanunun 28-ci maddəsilə ziddiyət təșkil edir.
“Əhalinin sağlamlığının qorunması haqqında təlimatlarda maksimum 2000 nəfərə 1 həkim xidmət etməlidir.
Minimal hədd yoxdur.1800-3000 nəfərə yaxın tələbə və ișçisi olan dövlət qurumlarda bu həkimlərin uzaqlașdırılmasi heç bir məntiqə sığmır” – deyə bildirilir.
TƏBİB-in məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.