Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanı əsasında bəzi elmi müəssisə və təşkilatlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabeliyindən çıxarılaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.Yeniavaz.com xəbər verir ki, Prezidentin məlum sərəncamına baxmayaraq, dövlət satınalmalarının vahid internet portalında – “etender.gov.az”da Fizika İnstitutu AMEA-nın tabeliyində fəaliyyət göstərən elmi müəssisə kimi göstərilir.Məlumat üçün bildirək ki, dövlət satınalmalarının vahid internet portalına nəzarət edən dövlət qurumu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir.