Cəmiyyət

Eldar Əzizov danladı da xeyri yoxdur: Elşad Həsənov YASAMALI XARABA QOYUR… – “20 Yanvar” metrosu ətrafında əməlli-başlı xaosdur…

Bakının “20 Yanvar” metrostansiyasının çıxışları qarşısında acınacaqlı vəziyyət yaranıb.Bakupost.az xəbər verir ki, stansiyanın “Şamaxinka”, “Velotrek” və digər istiqamətlərdə çıxışlarının qarşısında qanunsuz küçə ticarətinə şərait yaradılır.Burada səyyar piştaxtalar qoyulur və meyvə-tərəvəz, siqaret, lotoreya, peraşki, qarğıdalı və s. satılır. Bütün bunlar hərəkəti çətinləşdirməklə yanaşı, metro çıxışlarında antisanitariya vəziyyəti yaradır. Bu isə vətəndaşların ciddi narazılığına səbəb olub.“Hər gün burada bazar açırlar. Metronun çıxışında gah mer-meyvə, gah paltar, gah qarğıdalı və s. satılır. Açıq havada, toz-torpağın içində bu qidaları necə satmaq olar?! Axşam isə buralar zibilxanaya çevrilir. Piştaxtanın ətrafını yığışdırmadan gedirlər. Hər yerə zibil dağıdırlar. Bəzən polislər müdaxilə edir, amma 1-2 gün keçməmiş yenə eyni hal yaşanır. “Şamaxinka”ya qalxan yolda vəziyyət daha da bərbaddır. Hər gün metrodan minlərlə insan çıxır, yoluna davam edir. Onsuz da taksilərin əlindən sıxlıq yaranır, bir yandan da alverçilər… Bakı lap Bombeyə dönüb”, – deyə şikayətçilərdən biri bildirib.20 Yanvar” metrosu ətrafındakı xaosu əks etdirən fotoları təqdim edirik:(Bakupost.az)

Paylaş: