Yusifli Samir İslam oğlu “Fədək” MTK barəsində iddia qaldırıb və Ali Məhkəməyə kasassiya şikayəti verib. Tribunainfo.az xəbər verir ki, işə hakim Əhməd Əhmədov sədrlik edib. Şikayətçi şirkətə qarşı alqı-satqı müqaviləsi üzrə iddia qaldırıb. “Fədək” MMC-nin icraçı direktoru Qəşəm Hüseynovdur. Şirkətin rəhbəri isə Yavar Abduləzim oğlu Qurbanovdur. Mediada gedən xəbərlərə görə, o, əvvəllər dələduzluq maddəsi ilə həbs edilib. Yavər Qurbanov əvvəllər “Eyfel” MMC-nin rəhbəri olub. Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 264 maddələri ilə cinayət işi başladılıb. Daha sonra isə həbs olunub. Qurbanov 2009-cu ilin fevralında saxta sənəd tərtib etməklə yeni inşa edilən binada həmyerlisi Rasif Sultanova mənzil satıb. Mətbuatda yer alan xəbərlərə görə o, həmçinin sabiq MTN şefi Eldar Mahmudovun xüsusi agenti, hazırda beynəlxalq axtarışda olan “Akula Akif” ləqəbli Akif Mustafayevlə birlikdə 2010-cu ildə “ZAZ” MTK adlı digər tikinti şirkəti də təsis etmişdi. Yavər Qurbanovun baş nazirin sabiq birinci müavini Abbas Abbasovla da yaxın münasibətindən bəhs edilir. Eldar Mahmudovun ölkədə “at oynatdığı” dönəmdə Yavər Qurbanov MTN-nin dəstəyi altında bir sıra qanunsuzluqlara imza atıb. O, törətdiyi dələduzluq əməlinə görə 10 ildən artıq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı halda, MTN-nin dəstəyi ilə cəmi 8 aylıq cəza ilə canını qutara bilib. Ümumiyyətlə, mətbuatda şirkət haqda çoxsaylı şikayətlər və məlumatlar var. Tribunainfo.az