Cəmiyyət

Məzahir Əfəndiyevin namizədliyi etiraz doğurdu -Göyçaylılar YAP-ın namizədini dəstəkləyəcək

“Göyçay sakinləri Məzahir Əfəndiyevin yenidən bu ərazidən deputatlığa namizəd olmasından narazıdır. Seçicilər bildirirlər ki, M.Əfəndiyev deputat mandatı daşıdığı illər ərzində onların hər hansı ciddi probleminin həllinə dəstək göstərməyib. Məzahir Əfəndiyev rayona demək olar ki, yalnız rəsmi dövlət tədbirlərində iştirak üçün gəlib”.

Bu barədə məlumat Editor.az-a rayondakı mənbələrdən daxil olub. Seçicilər qeyd edirlər ki, Məzahir Əfəndiyevin 4 illik deputatlıq dövrü formal fəaliyyətdən ibarət olub: “Problemlərlə bağlı ona ünvanlandığımız məktubları ayrı-ayrı qurumlara göndərməklə işini bitmiş hesab edib. Demək olar ki, heç bir ciddi problemin həllinə nail olmayıb. Dövlət tədbirlərindən başqa onu xeyirdə-şərdə xalqın yanında görməmişik.
Milli Məclisdə də hər hansı ciddi çıxışına, hansısa problemi qaldırmasına şahidlik etməmişik. Bir dəfə çıxışa yazılmışdı, onu da texniki səhv edərək ləğv etdi. O səhnələri mediadan izləyib çox məyus olduq”.

Seçicilər bildirirlər ki, onlar 92 saylı Göyçay-Ağdaş seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi Firəngiz Məmmədyarovanı dəstəkləyirlər və ona səs verəcəklər.

Editor.az

Paylaş: