Bir neçə gün əvvəl Həsən Əliyev (keçmiş İnqilab) küçəsində yerləşən “Bi-Es” VİP estetik mərkəzdə çalışan Günel xanımın “məharətləri”ndən bəhs etmişdik. Həmçinin, qarşı tərəf olaraq onun özü ilə telefon əlaqəsi saxladığımızda bizə imkan vermədən, birnəfəsə tək danışıb dəstəyi asdığını da qeyd etmişdik.
Yazı yayımlandı, hətta bir neçə başqa saytlar da istinad olaraq yayımladı, amma çox keçmədi ki, həmin yazı istinad edən saytların bir neçəsindən sildirildi. Demək ki, Günel xanım boşuna “Mən” demirmiş…
Çox şeylərə qadir olduğunu düşünürmüş.
Bəli, bu cümləyə qədər xanımın könlünü açmaq istədik, çünki burdan sonrakı cümlələrin onun qanını ikinci dəfə qaraldacağını düşünürük.
Niyə ikinci dəfə? Ona da aydınlıq gətirək.
Demək, özünü həkim-kosmetoloq kimi təqdim edərək və göz oxşayan reklamları ilə “gözünü boyayaraq”, redaksiyamıza müraciət edən Vüsalə Əliyevanı güzgüyə baxmaq istəməyəcək hala gətirən Günel xanım başqa saytlardan yazını “təmizlədikdən” sonra, anladı ki, bunlar bir işə yaramayacaq, çünki mənbə öz mövqeyində qalır. Ona görə də bütün cəsarətini toplayıb, zəng edib “DogruXeber.az” informasiya agentliyinin rəhbəri Kamal Əsgərova.
“Dərə xəlvət, tülkü bəy” – Aidiyyatı qurumlar hansı maraqlar naminə bunları nəzarətsiz buraxıb ? // VİDEO + FOTO
Qeyd edək ki, rəhbərlə iki saata yaxın davam edən danışığın içərisində xahiş də var, təhdid də var, təhqir də”.
Xanım iddia edir ki, 11 il Tibb universitetində oxuyub. Belə olan halda, el arasında zarafatla işlədilən bir cümlə yada düşür, “yaxşı oxusaydı 5-6 ilə bitirərdi”.
Unutmadan, hamının 7 il oxuduğu universiteti 11 il oxuyan Günel xanımın əl işini təqdim edək, ardından mövzuya davam edərik.
Şəkildə gördüyünüz “DogruXeber.az” informasiya agentliyinə müraciət edən Vüsalə Əliyevadır. Onun boğaz dərisindəki göyərtilər və qırışlar, aldadıcı reklamları ilə müştəri toplayan Günel xanımın əl işidir.
Halbuki, Vüsalə xanım boğaz dərisindəki “venera halqaları” deyilən iki xətti itirmək üçün kosmetoloqa müraciət etmişdi, bu da nəticə.
Görünür, 11 illik tibb təhsili alan Günel xanım, allergiya yaradan keyfiyyətsiz məhsullardan istifadə edərək, Vüsalə Əliyevanın xarici görünüşünü bərbad vəziyyətə salıb.
İndi də Vüsalə Əliyeva haqlı olaraq etiraz etdiyinə görə, Günel xanım deyir, “O, əxlaqsız qadındır”.
Diqqət edin !
Özünü həkim-kosmetoloq kimi təqdim edən Günel adlı xanım Vüsalə Əliyevanın…
1) 600 manata yaxın pulunu alıb, özü də qəbz verməyib ki, bu vergidən yayınmadır.
2). Görünüşünü bərbad vəziyyətə salıb – bu cinayətdir.
3) Özünü də “əxlaqsız” adlandırır – bu da təhqirdir, şərəf və ləyaqəti alçaltmaqdır.
Bütün bunları isə edən xanımın bu sahədə çalışmaq üçün tibbi təhsili, Səhiyyə Nazirliyi tərəfindən rəyi, İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyası varmı-yoxmu bəlli deyil.
Çalışdığı mərkəzdə müdür köməkçisi də deyir ki, “biz yerimizi icarəyə vermişik”, bəs onların icarə müqaviləsi varmı?
O, da bəlli deyil.
Günümüzün sarsıdıcı reallığı budur ki, çox zaman tibbin müxtəlif sahələrində sadəcə pul qazanmaq xatirinə çalışan qeyri-peşəkar insanlar qanundan yayınaraq, gizlin fəaliyyət göstərirlər və dövlət vergisindən yayınırlar. Bununla da həm dövlətə, həm də insanların sağlamlıqlarına zərər vururlar.
Bu kimi halların baş verməməsi üçün dövlətin müvafiq qurumları var. Lazımdır ki, həmin qurumlar özlərinə bir balaca zəhmət versinlər, “biz estetik mərkəz deyilik, yerimizi icarəyə verib, pulumuzu alırıq” deyən, “Bi-Es” VİP estetik mərkəzin və Günel xanım da başda olmaqla mərkəzdə tibb sahəsində çalışan bütün şəxslərin fəaliyyətini araşdırıb, hüquqi qiymət versinlər.
P.S: Qeyd edək ki, məsələ ilə bağlı, tərəfimizdən aidiyyatı üzrə qurumlara rəsmi sorğular və materialların bir hissəsi göndərilib.
Mövzunu davam etdirəcəyik.
Redaksiamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az