Hakim Yeni Azərbaycan Partiyasının (YAP) seçki siyahısı açıqlanandan sonra aydın oldu ki, altıncı çağırış Milli Məclisin deputatı Ağalar Vəliyevin seçki dairəsi dəyişib.
Dia-az.İnfo xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) onun deputatlığa namizədliyini bu dəfə 57 saylı Xaçmaz şəhər dairəsindən irəli sürüb. Xatırladaq ki, Ağalar Vəliyev ötən parlament seçkisində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən millət vəkili seçilib.
Əslən Yevlax rayonundan olan Ağalar Vəliyevin hələ zamanında 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən millət vəkili seçilməsi belə yetərincə şübhəli idi.
İndi isə onun namizədliyi Xaçmazdan verilib. Və yerli xaçmazlılar bilmərrə şəkildə onun namizədliyinə qarşıdırlar və dəstəkləmirlər.
Dia-az.İnfo olaraq bu barədə keçən günlərdə də məlumat və seçici müraciətləri açıqladıq. İndi isə sözügedən seçki dairəsindən namizəd olan, yəni Ağalar Vəliyevlə rəqabət aparan Samid (Saar) Seyidov Xaçmaz sakinlərinə müraciət edərək həm rəqib8ini ifşa edir, həm də seçicilərə doğru yolu göstərir.
Dia-az.İnfo xəbər verir ki, Samid Seyiv açıqlamasında deyir: “Əziz Xaçmazlılarım. Bizə deputat olmaq üçün Yevlaxdan tapıb gətirdikləri bu adam haqqında ağıla gəlməz faktları açıqlamışam. Baxın və tanıyın. Seçki günü kimə səs verəcəyinizi özünüz qərarlaşdırın. Hər birinizi öpüb bağrıma basıram…”
S.Seyidovu Ağalar Vəliyevi ifşa edən videomüraciətini təqdim edirik:
Dia-az.İnfo