Cəmiyyət

Alxasov getdi… qohumu Badamov da getməlidir… – ETİRAZ VAR…

Şəhid İlyas Niftəliyevin anası İradə Niftəliyeva 1 sentyabrda keçiriləcək parlament seçkilərində Qusarın deputatı olan Azər Badamovu tanımadığını bildirib.

O heç vaxt şəhid ailəsi ilə maralanmayıb, fevralda bir tədbirdə rastlaşdım bildirdim ki, niyə bir dəfə də olsun şəhid məzarını ziyarət etməmisiz. O isə sadəcə susdu….

Xalqxeber.az-a danışan şəhid anası qeyd edib ki, indi də seçkilər gəlib düşüb qapı-qapı Qusar əhalisinə yenə yalan vədlər verməyə… Niyə qusarlılar Azər Badamovu seçməlidir? Deyə şəhid anası öz etirazını bildirib.
Qeyd edək ki, Xüsusi təyinatlı qüvvələrin zabiti, leytenant İlyas Niftəliyev oktyabrın 14-də Fizulinin azad edilməsi zamanı şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda” “Cəbrayılın azad olunmasına görə “Xocavəndin azad olunmasına görə” “Hərbi xidmətlərinə görə” medalları ilə təltif olunub.
Azər Badamovla əlaqə yaratmaq mümkün olmadı, onun açıqlamasını dərc etməyə hazırıq.

Dia-az.İnfo qeyd edir ki, Azər Badamov Qusarın keçmiş icra başçısı Şair Alxasovun yaqın adamı, qohumudur. Alxasovun isə necə biabırçı formada vəzifədən uzaqlaşdırıldığını hər kəs xatırlayır. Günü bu gün də onun həbs məsələsi belə gündəmdədir.(Xalqxeber.az)

Paylaş: