Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirvka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com xəbr verir ki, Gömrük Komitəsinin “Ev heyvanlarının baxım ləvazimatları, aksesuarları və avadanlıqlarının satın alınması” məqsədi ilə keçirdiyi tenderin qalibi Şahbazova Ülviyyə Natiq qızı olub.
Gömrük Komitəsi oyuncaq top (176 ədəd), xalta (88 ədəd), xalta üçün ip (88 ədəd), itlərin yemlənməsi və su içməsi üçün qab (176 ədəd) almaq üçün 8 min 96 manat xərcləyəcək.(Yeniavaz)