44 günlük Vətən müharibəsində qazanılmış zəfər, ötən ilin sentyabrında uğurlu sonluqla bitən anti-terror əməliyyatı və bu ilin əvvəllində Rusiya sülhməramlılarının bölgədən ani ayrılışı Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması ilə nəticələndi və beləcə Qarabağa “Böyük Qayıdış” layihəsinin önündəki bütün əngəllər aradan qalxmış oldu. Hazırda ölkəmizin qarşısında duran başlıca vəzifə insanların doğma ata-baba yurdlarına qayıdışını təmin etməkdir.
Vətəndaşlarımızın bu arzusunun gerçəkləşməsi üçün artıq uzun müddətdir işğaldan azad olunmuş regionlarımızda əsas infrastruktur layihələr (dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı) icra edilir, tikinti işlərinin miqyası genişləndirilir. Təbii ki, bütün bu planları həyata keçirmək üçün insanların Qarabağda əmək fəaliyyəti ilə məşğulluq dərəcəsini yüksəltmək tələb olunur.
“AzPolitika” bu barədə kiçik bir araşdırma aparıb və sözügedən regionda təklif olunan işlərlə bağlı məlumatları toplayıb. Qeyd edək ki, hazırda Dövlət Məşğulluq Agentliyinin Alt Sistemindəki vakansiya bankında işğaldan azad olunan ərazilər üzrə 55 aktiv vakansiya mövcuddur. Vakansiyalar üzrə minimum məvacib 350 manatdan başlayır. Təklif olunan maksimal maaş 5000 manatdır. Vakansiyalar əsasən xidmət və tikinti sahəsi üzrədir. Siyahıdan da görünür ki, Qarabağda ən çox usta peşəsinə təlabat var. Ancaq maraqlıdır ki, elə ən aşağı maaş da məhz ustalara təklif olunur. Ustaların aylıq qazancı ortalama 300 – 400 manat təşkil edir. Maaşların nisbətən yüksək olduğu bölgə isə Xankəndidir. Burada bir neçə vakansiya üzrə 5000 manata qədər maaş almaq mümkündür. Şirkətlər əsasən, 18-65 yaş aralığında, orta-ixtisas təhsili olan işçi axtarışındadırlar.
Ən çox vakansiyanın olduğu bölgələr isə Kəlbəcər və Füzulidir. Kəlbəcərdə 11, Füzulidə isə 9 aktiv vakansiya var. Bundan əlavə, Zəngilanda və Laçında 5, Cəbrayılda 7, Şuşada 3, Xocavənd 4 , Ağdamda 7 , Xankəndidə 1, Qubadlıda 2, Ağdərədə 1 aktiv vakansiya mövcuddur.
Hazırda aktiv olan vakansiyaların tam siyahısını təqdim edirik:
- Elektrik – 500-1000 AZN – Zəngilan;
- Növbətçi mühəndis – 800-900 AZN – Kəlbəcər;
- Mühasib – 406-518 AZN – Kəlbəcər;
- Sürücü – 350-550 AZN- Kəlbəcər;
- Ekskavator operatoru – 900-1500 AZN – Ağdam;
- Suvaqçı – 350-400 AZN – Şuşa;
- Montyor – 700-800 AZN – Zəngilan;
- Rəngsaz – 500-550 AZN – Cəbrayıl;
- Operator – 800-1200 AZN – Kəlbəcər;
- Kran maşınisti – 500-800 AZN – Xocavənd;
- Briqadir – 700 – 1000 AZN – Cəbrayıl;
- Suvaqçı – 350 – 400 AZN – Şuşa;
- Usta – 350-400 AZN – Cəbrayıl;
- Dəmirçi – 350-700 AZN – Ağdam;
- Opeartor – 800-1100 AZN – Kəlbəcər;
- Prorektor (2 yer) – 2000-5000 AZN – Xankəndi;
- Usta – 900-1000 AZN – Ağdam;
- Aqronom – 1000-1400 AZN – Füzuli;
- Mexanizator – 600-800 AZN- Füzuli;
- Qapı ustası – 1000-1200 AZN – Füzuli;
- Usta – 450-550 AZN – Xocavənd;
- Gözətçi – 500-650 AZN – Füzuli;
- Operator – 800-900 AZN – Füzuli;
- Qapı ustası köməkçisi – 700-1000 AZN – Füzuli;
- Satıcı – 545 AZN – Şuşa;
- Paketçi – 500-600 AZN – Füzuli;
- Qəlibçi – 500-550 AZN – Ağdam;
- Boru montajçısı – 2000-2042 AZN – Kəlbəcər;
- Qaynaqçı – 2400 AZN – Kəlbəcər;
- Anbardar köməkçisi – 800-899 AZN – Kəlbəcər;
- Qaynaqçı – 1000-1100 AZN – Ağdam;
- SƏTƏM mühəndisi – 450-1200 AZN – Ağdam;
- İdarə rəisinin müavini – 3112 AZN – Ağdərə;
- Qəlibçi – 350- 500 AZN – Xocavənd;
- Xidmət rəisi – 1344 AZN – Laçın;
- Baş məsləhətçi – 2880 AZN – Zəngilan;
- Şöbə müdiri – 2250 AZN – Zəngilan;
- Radiolokasiya üzrə mühəndis – 500-1030 AZN – Zəngilan;
- HHİ dispetçeri – 500-1140 AZN – Füzuli;
- Usta – 350-400 AZN – Cəbrayıl;
- Mühafizəçi – 625 AZN – Ağdam;
- Sürücü – 975 AZN – Cəbrayıl;
- Operator – 500-900 AZN – Xocavənd;
- Montyor – 800-900 AZN – Kəlbəcər;
- Mühəndis – 800-900 AZN – Kəlbəcər;
- Komendant – 1400-1500 AZN – Qubadlı;
- Operator – 900-1000 AZN – Qubadlı;
- Buldozer operatoru – 800-1100 AZN – Kəlbəcər;
- Santexnik – 350-400 AZN – Cəbrayıl;
- Barmen – 350-900 AZN – Laçın;
- Satış üzrə mütəxəssis – 350-900 AZN – Cəbrayıl;
- Kiçik laborant – 350 – 900 AZN – Laçın;
- Aşpaz köməkçisi – 700-800 AZN – Laçın;
- Usta-hörgücü – 400-500 AZN –Laçın;
- Texnik – 345 AZN – Füzuli.
Məlumat üçün qeyd edək ki, 2024-cü ilin 1 yanvar tarixinə görə, Qarabağda işləyənlərin sayı 65,4 min nəfərdir. Bu, 2023-cü ilin 1 yanvar vəziyyəti ilə müqayisədə 181 nəfər və ya 0,3% azdır. Statistiakya görə, Qarabağda dövlət sektorunda işləyənlərin sayı son bir ildə 694 nəfər və ya 1,3% azalıb və 51,2 min nəfərə düşüb.
Hazırda Qarabağda ən çox işçinin olduğu regionlar Ağdam (13 110 nəfər), Füzuli (9405 nəfər) və Şuşadır (2447 nəfər).
“AzPolitika.info”