Türkiyənin xarici işlər naziri Hakan Fidan yunan həmkarı Giorgos Gerapetritis ilə görüşüb.
Bu barədə məlumatı Türkiyə XİN öz “X” hesabında yayıb.
Görüş Brüsseldə Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərlərinin qeyri-rəsmi görüşü çərçivəsində baş tutub.
Xatırladaq ki, Türkiyə 5 illik fasilədən sonra sözügedən iclasa dəvət edilib.