Xəbər verdiyimiz kimi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına yeni sədr seçilib. İttifaqın yeni sədri Araz Paşayevdir.
Qeyd edək ki, A.Paşayev hazırda Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışır.
Zirveyolu.info editor.az-a istinadən xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmrullayevin yaxın ətrafına daxil olan Araz Paşayev indiyədək medianın gündəminə mütəmadi olaraq neqativ və qalmaqallı xəbərlərlə gəlib.
Məsələn, Şəki şəhər sakini, 1-ci Qarabağ Müharibəsi qazisi, 2-ci qrup müharibə əlili Rəsulov Abduləli Əhmədəli oğlu media vasitəsi ilə tərəfindən ölkə rəhbərliyinə müraciət edərək, Araz Paşayev və ailə üzvlərini 11 nəfəri işə düzəltmək adı ilə onun 54000 manat vəsaitini mənimsəməkdə ittiham etmişdi.
Bundan başqa Araz Paşayev və onun rəhbərlik etdiyi Təhsil Tələbə Krediti Fondunun adı mediada mütəmadi olaraq, şübhəli tender əməliyyatlarında hallanır.