Cəmiyyət

Siyasi bloqer deputatlığa namizədi ifşa etdi-Fotolar

Sentyabrın 1  keçiriləcək parlament seçkiləri ilə əlaqədar  125 dairə üzrə namizədlər öz təbliğat təşviqat kampaniyasını aparır.   Bununla bağlı sosial şəbəkələrdə müxtəlif dairələr üzrə  namizədlər  keçirilən görüşlər barədə fotolar və yazılar dərc edirlər.
“Yeni Gundem” məlumat verir ki,siyasi bloqer Cavid Zeynalov  öz sosial hesabında  deputatlığa namizəd Rafael Hüseynovu ifşa edib. Belə ki, deputatlığa namizədin  paylaşımını  baradə öz şərhini yazaraq qeyd edib ki,  Hacıqabulda 25 ildə yaranan su problemini necə həl edəcəksən?
 Siyasi bloqer Cavid Zeynalov  yazır ki, 1 sentyabr uçün  bəzi namizədlərə ümumi göz gəzdirdim bir neçəsini sizinlə paylaşmaq istəyirəm.Rafael Hüseynov dünən ATƏT-in müşahidə qrupu ilə görüşən Rafael  Hüseynov Hacıqabulda yerləşən restoranların birində onlara bir çaynik çay alaraq dərin söhbət imitasiyalı şəkil paylaşıb.Görüşdən dərhal sonra restoranın kollektivi ni süfrə arxasına şəkil üçün dəvət edib güya Hacıqabul gəncləri ilə görüşü xalqa təqdim edib .Hətda bəzi ofisiantlar xüsusi nişan birkalarını belə çıxıramaği unudub. Bunu da hardasa başa düşmək olar ,prosesə o qədər süni və özgüvənli baxırsınız ki, nəyinki xalqın fikrini heç belə kiçik detalları belə diqqətinizə almırsınız. Heç olmasa uşaqların qabağı bir qısmat çörək qoyardın qabiliyyətiniz çatmırsa heç olmasa bir su qoyardınız Görüşdüyün gənclərlə su verməyə səxavətin yoxdursa Hacıqabul camaatının 25 ildə yaranan su problemini necə həl edəcəksən? deyə qeyd edib.(“Yeni Gundem”)

Paylaş: