“Baku Electronics” mağazalar şəbəkəsi ilə bağlı şikayətlər var. Sonxeber.az-ın verdiyi məlumata görə, Rəşad Həsənov adlı müştəri “Baku Electronics” mağazasından telefon alıb. Şikayətçinin sözlərinə görə, 3 ay müddətinə aldığı telefon xarab olub və mağaza qızıl zəmanətlə alınan telefona əlavə pul tələb edib:
“Mən 5 ay əvvəl “Baku Electronics”dən telefon götürmüşəm. 3 ay müddətində telefon xarab oldu. Mən ölkə xaricində olduğum üçün telefonu gətirə bilmədim. Telefona 170 manat ödəniş etmişəm. Qızıl zəmanətim var. Mən telefonu alan zaman deyildi ki, telefon qırılarsa, istərsə, nəsə başqa bir hal baş verərsə Qızıl zəmanət ilə pulun geri qaytarılacaq”.
Şikayətçi bildirib ki, xarab olan telefonu servisə verib və cihazdan imtina edib:
“Xahiş etdim ki, pulumu və faizini geri qaytarsınlar. Buna baxmayaraq telefonu onlara vermişəm və 170 manat pul ödəmişəm. Onlar əlavə olaraq məndən 76 manat pul tələb edirlər. Milləti aldatmağın nə mənası var? Qızıl zəmanət ilə alınan telefondan pul tələb olunur. Deyirlər ki, biz pulu qaytara bilmərik və əlavə pul ödəməlisən”.