Burası Mətbuat prospektidir… Düz, Azərbaycan Nəşriyyatının qarşısı… Yəni ən azından bir neçə rəsmi və daha bir neçə qeyri-rəsmi KİV-in yerləşdiyi binanın qarşısı…
Fotodan da aydın şəkildə görünür ki, yeni asflatlamadan sonra yerdəki rəsmlərin müəllifləri bu prospektlə hərəkət edənlərin MÖCÜZƏVİ istedadına güvənirlər…
Dia-az.İnfo xəbər verir ki, yolun rənglənməsi, yenidən şəkilləndirilməsi zamanı göründüyü kimi, ilk öncə velosiped yolu gəlir… daha sonra parklama yeri… daha sonra isə hərəkət üçün cəmi iki xətt ayrılıb. Bu iki xəttin biri isə dönənlər üçündür və svetaforun müəyyən vaxtında dönən avtomobillər tərəfrindən məşğul tutulduğundan, deyə bilərik ki, Mətbuat Prospektində – Azərbaycan Dövlət Nəşriyyatının üzbəüzündə 4 xəttli hərəkət 1-ə endirilib.
İndi sürücülər hərəkət etsin görək… YA CƏRİMƏ OLUNACAQLAR… YA DA QƏZA EDƏCƏKLƏR…