Cəmiyyət

NAXÇIVANDA TİKİNTİ BİZNESİ DAVASI – İLGİNC TƏFƏRRÜAT

“Naxçıvanda post-Talıbov dönəmində aparılan struktur və kadr islahatlarından sonra zühur edən, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradaraq ona rəhbərlik edən İsmayıl Əhmədov yaratdığı MMC-nin adına uyğun olan işlərlə məşğul olub”. Bu barədə Dia-az.İnfo-ya daxil olan məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Yəni bu iş adamı məşhur “qoçu Əsgər”in “kişmiş yeyən keçisi” kimi Naxçıvanda aparılan, demək olar ki, bütün tikintilərdən haqq alıb. Muxtar respublikada aparılan tikintilərin əksəriyyətinə nəzarət edib və söszüz ki, onlardan layihənin həcminə uyğun qeyri-qanuni vəsait alıb. Naxçıvanda fəaliyyət göstərən iş adamlarından birinin sözlərinə görə, İsmayıl Əhmədov Talıbov dönəmindən sonra Naxçıvan Muxtar Respublikasında aparılan bütün tikintilərə nəzarət edib və özünü xüsusi dövlət mandatı verilmiş məmur kimi aparıb. Ölkə qanunvericiliyinə görə, əslində özəl tikinti şirkəti özü oz layihəsini sərbəst şəkildə idarə etmək hüququna malikdir. Lakin sahibkarlar İsmayıl Əhmədov tərəfindən bu hüquqlarından məhrum edilib.

“Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Əhmədov muxtar respublikada tikintiləri dayandırmaq, tikilməkdə olan binaları qanunsuz şəkildə sökdürmək imkanlarına malik idi. Təxminən sxem bundan ibarət olub ki, İsmayıl Əhmədov tikinti şirkətinə layihəni onun MMC-sinin idarəetməsinə verilməsini təklif edir. Təklif qəbul edilirsə, işlər davam edir, təklif qəbul edilmirsə hansısa qüvvə tikintini dayandırır və ya onun sökülməsinə qərar verir. Bu münvalla İsmayıl Əhmədov Naxçıvan Dövlət Universitetinin futbol stadionunun sökülməsini təşkil edib, rektorluq binasının isə sökülməsinə çalışıb. Sözügedən şəxs heç bir əsas olmadan Naxçıvan Dövlət Universitetinin Texnologiya Parkının tikintisini dayandıra bilib.

Qeyd edək ki, Naxçıvanın İsmayıl Əhmədov dönəmi də artıq tarixə çevrilib. Gec də olsa dövlət orqanları işə qarışdı. Artıq deyilənə görə, Naxçıvan sahibkarlarının canı İsmayıl Əhmədovdan birtəhər qurtulur. Belə ki, Naxçıvandan gələn xəbərlərə görə, artıq İsmayıl Əhmədov Naxçıvandakı işləri ilə vidalaşmaqdadır…”

Dia-az.İnfo bildirir ki, məqalədə daha sonra ilginc faktlara toxunulub… Bu barədə növbəti yazıda…

İndi isə bəzi qeydləri təqdim edirik… Aydın olur ki, artıq Naxçıvanda Prezidentin xüsusi nümayəndəsi olan Fuad Nəcəfli ilə bir zamanlar onun SAĞ ƏLİ hesab olunan və bu “əl” hesabına neçə-neçə sahibkarın başı əzilən İsmayıll Əhmədov arasında ciddi problemlər yaranıb. Bunu yuxaırdakı məqalədən də eşitdik. Buna qədər də yerli KİV-də bu ədavəti sübutlayan fakt açıqlanmışdı. Onu da xatırladırıq. Bu barədə tanınmış jurnalist Samir Feyruzov qeyd edirdi:

“Bir neçə gün bundan öncə tns.az saytı belə bir məlumat yaydı ki, Naxçıvanda yüksək vəzifəli bir şəxs hansısa iş adamının bahalı “Land Rover Defender” markalı avtomobilini ələ keçirib və sahibinə geri qaytarmır. Bu məsələ bir neçə sayt tərəfindən və sosial şəbəkələrdə geniş tirajlanandan sonra tns.az saytı təkrar məlumat yaydı ki, problem həllini tapıb və avtomobil saibinə geri qaytarılıb.
Amma maraqlıdır ki, təqdim olunan nə birinci, nə də ikinci materialda maşının sahibinin və avtomobili ələ keçirən yüksək vəzifəli şəxsin kimliyi barədə heç bir məlmat verilmir.
Məsələ diqqətimi çəkdi və araşdırdım.
Bəlli oldu ki, “Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC-nin rəhbəri, iş adamı İsmayıl Əhmədov “Lan Rover Defender” markalı avtomobili salondan sıfır vəziyyətdə alaraq, Naxçıvandakı səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə verib.
Bir müddət əvvəl hər iki şəxsin münasibətləri çox yaxşı olub, Naxçıvanda birlikdə layihələr icra ediblər. İndi aldığım məlumata görə isə onların münasibətləri kəskin şəkildə pisləşib və bundan sonra İsmayıl Əhmədov Naxçıvandakı işləri ilə vidalaşmalı olub. Çox güman ki, avtomobilin geri alınması tələbi də məhz bundan sonra gündəmə gəlib.
Qeyd edim ki, fotodakı “Land Rover Defender” zirehlidir, qiyməti 250 min avrodan çoxdur…”


İndi isə aydın olur ki, Fuad Nəcəfli artıq Naxçıvanda “inqilabi dəyişiklikləri” başa çatdırdığını zənn etdiyindən əski inqilabçılar kimi davranaraq özünün KOMANDA YOLDAŞLARINI əzməyə başlayıb.

Yeni faktları növbəti yazıda təqdim edəcəyik… bizi izləyin…

Dia-az.İnfo

Paylaş: