Niyazi Bayramovun rəhbəri olduğu Gəncə İcra Hakimiyyəti məhkəməyə verildi – Torpaq QALMAQALI…
Gəncə Şəhər İcra Hakimiyyəti məhkəməlik olub.
32gun.az xəbər verir ki, İsmayılov Nazim İbad Oğlu icra orqanının işindən narazı qaldığı üçün Gəncə İnzibati Məhkəməsinə üz tutub.
Hakim Emin Axundovun icraatında olan məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr – torpaq üzrə – Torpaq münasibətləri üzrə sair mübahisələr ibarətdir.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.