Avropa İttifaqı Ukraynanın Sülh Formulunu dəstəkləyir.
Bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel 4-cü “Krım platforması” sammiti ilə əlaqədar videomüraciətində deyib.
O qeyd edib ki, Aİ ədalətli sülhü dəstəkləyir, BMT Nizamnaməsi beynəlxalq hüququn əsas dayağı olmalıdır:
“Krım Ukraynadır. On il ərzində biz bunu açıq və aydın şəkildə bəyan etmişik. Biz Ukrayna Prezidenti Volodimir Zelenskinin Sülh Formulunu, qaydalara əsaslanan beynəlxalq nizamı, həmçinin Ukraynanın və dünyadakı digər ölkələrin suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyirik”.
Ş.Mişel vurğulayıb ki, onlar Ukraynanın təməl prinsiplərə əsaslanan sülh planı üçün dəstək toplamağa kömək göstərməyə davam edəcək:
“Aİ ukraynalıların evidir. Buna görə də hərbi, iqtisadi və siyasi dəstək verməkdə qərarlıyıq. Biz Rusiyanı təcrid və Kremlin davranışının hamımız üçün son dərəcə təhlükəli olduğunu dünyaya göstərmək üçün beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə təşviqə davam edəcəyik”.