Cəmiyyət

Azərbaycanda bahalı ixtisaslar: Təhsil qiymətlərə adekvatdır? – SİYAHI

“İllik təhsil xərci dövlət sifarişi əsasında təhsil alan tələbələr üçün Nazirlər Kabineti tərəfindən müəyyən olunan bir qiymət meyarıdır. İllik təhsil haqqı isə bir il ərzində tələbənin ödədiyi məbləğdir.

Məsələn, tibb ixtisasında dövlət sifarişli oxuyan tələbə üçün illik 8 min manat təhsil xərci nəzərdə tutulub. Bu ixtisasda ödənişli əsasla oxuyan tələbə isə illik 4500 manat təhsil haqqı ödəyir. Bunlar tamamilə fərqli anlayışlardır”.

Bunu təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi yerli mətbuta açıqlamasında deyib.

O bildirib ki, dövlət sifarişli və bahalı ixtisaslarda 3 və ya 5 nəfər abituriyentin qəbulu aparılır:

“Həmin ixtisasların təhsil xərcinə tələbələrə qrossmeysterin təyin olunması, onlara musiqi alətləri və digər avadanlıqların alınması, dərs deyən müəllimin təhsil haqqının ödənilməsi və s. daxildir”.

Onun sözlərinə görə, bu ixtisaslarda dövlət sifarişi ilə təhsil alan hər bir tələbəyə görə dövlət büdcəsindən universitetə ödəniş olunur:

“Yəni kimsə pulsuza qəbul olubsa, bu o demək deyil ki, o, pulsuz oxuyur. O da pulla oxuyur, sadəcə onun ödənişi dövlət büdcəsi hesabına qarşılanır”.

Hazırda bakalavr pilləsi üzrə ən bahalı ixtisasları təqdim edirik:

  1. Bəstəkarlıq (illik təhsil xərci 9000 AZN);
  2. Dirijorluq (illik təhsil xərci 9000 AZN);
  3. İnstrumental ifaçılıq (illik təhsil xərci 9000 AZN);
  4. Vokal sənəti (illik təhsil xərci 9000 AZN).

Magistratura pilləsi üzrə ən bahalı ixtisaslar:

  1. Bəstəkarlıq (illik təhsil xərci 10 000 AZN);
  2. Dirijorluq (illik təhsil xərci 10 000 AZN);
  3. İnstrumental ifaçılıq (illik təhsil xərci 10 000 AZN).

Digər ixtisaslara dövlət büdcəsindən ayrılan illik təhsil xərcləri:

  1. Dekorativ tətbiqi sənət 7000 AZN;
  2. Qrafika 7000 AZN Rəngkarlıq 7000 AZN;
  3. Heykəltaraşlıq 7000 AZN;
  4. Stomatologiya 7000 AZN Tibb 8000 AZN;
  5. Musiqişünaslıq 8200 AZN;
  6. Bəstəkarlıq 9000 AZN Dirijorluq 9000 AZN;
  7. İnstrumental ifaçılıq 9000 AZN;
  8. Vokal sənəti 9000 AZN.

Maraqlıdır, qiymətlər təhsil səviyyəsi ilə nə qədər adekvatdır?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, qeyd olunan ixtisaslar üzrə təhsil haqqı həddindən artıq yüksəkdir:

“Lakin vokal sənətinin, instrumental ifaçılığının çox az sayda qəbulları var. Təxmin edirəm ki, ödənişlərin yüksək olması bu məsələ ilə bağlıdır. Nəzərə alsaq ki, həmin ixtisaslar üzrə dövlət sifarişli yerlər ən yaxşı halda 3 olur. Bu halda qiymətlərin yüksək olmasını əsaslandırmaq olur.

Ümumilikdə, adını sadaladığımız ixtisasların beşiyi İtaliyadır, bu halda həmin məbləğin üzərinə bir az da əlavə edərək xaricdə daha yaxşı təhsil almaq olar. Bu ödənişlərin miqdarı Azərbaycan təhsili üçün çox bahadır”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki,dövlət universitetlərində ali təhsil pulsuz olmalıdır:

“Digər bütün özəl universitetlər pullu ola bilər. Lakin dövlət dili olan dövlət universitetlərində tələbələr təhsil haqqından azad olmalıdırlar. Dünyanın hər yerində artıq bu istiqamətdə işlər görülür”.

Paylaş: