Cəmiyyət

Bakıda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI… – Prezidentə müraciət olundu

Bakının Nizami rayonunda tikinti şirkəti qanunsuz əməllərini davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat verib. Onlar bildiriblər ki, “Kursus-Nizami” Mənzil-Tikinti Kooperativi Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsində yerləşən 2519-cu məhəllədə yerləşən 39, 41, 43, 45, 47/13 nömrəli üçmərtəbəli binaların qapı pəncərəsini sökərək qəzalı vəziyyətə saldıqdan sonra, indi də binanın həyətinin asfalt örtüyünü dağıtmağa başlayıb.Sakinlərdən Timur Əmirxanov Sputnik Azərbaycan-a bildirib ki, məhəllədə yaşayış davam etsə də, tikinti şirkəti insanların istifadə etdiyi həyəti dağıtmağa başlayıb. Uşaqların oynadığı həyətdə asfalt örtüyü dağıdılıb, yeraltı su xətləri zədələnib.“Tikinti şirkəti binada yaşayış olmasına baxmayaraq həyəti sökməyə başlayıb. Həyətin hər yerini dağıdırlar. Söhbətgahlara qədər yaşayış üçün bütün infrastrukturu məhv edirlər. Bəs biz həyətə necə düşək, necə hərəkət edək? Onlar sakinləri binadan qaçırtmaq üçün hər üsula əl atırlar. Həyətimizi viranəyə çeviriblər. Buna bütün dövlət qurumları göz yumur. Nizami Rayon İcra hakimiyyəti heç bir şikayətimizə baxmır. Sakinlərin həyatını tikinti şirkətinin ümidinə buraxıb. Biz burada çarəsiz vəziyyətdə qalmışıq. Həyətə iri tikinti texnikaları gətiriblər. Onlara görə uşaqları belə həyətə buraxa bilmirik ki, onlar texnikaların altında qalar. Heç bir təhlükəsizlik qaydalarına əməl olunmur. Biz Prezident İlham Əliyevdən kömək istəyirik. “Kursus-Nizami” Mənzil-Tikinti Kooperativi bizi öz evimizdə girov saxlayır”, – deyə sakin şikayətlənib.

Paylaş: