Cəmiyyət

Naxçıvan təhsilində `KOLXOZ` HESABATI… – BU NƏDİ BELƏ?!

Bu il Naxçıvandakı orta məktəblərdə 52 mindən artıq şagird təhsil alacaq. Bu haqda yerli təhsil Nazirliyi məlumat verib. Onlardan 3797-si birinci sinfə gedəcək, 3171-si isə uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb ediləcək. Dia-az.İnfo bildirir ki, əslində keçmiş sovet dövrünün kolxozçularının hesabatlarındakına bənzər bu rəqəmlər heç də reallığı əks etdirmirmiş. Bu barədə narazı MR sakinləri fikirlərini sosial şəbəkələrdə paylaşıblar. Dia-az.İnfo-nun bildirdiyinə görə, Naxçıvandakı bir qrup müəllim açıqlanan rəsmi rəqəmlərin reallığı əks etdirmədiyi fikrindədirlər. Onların sözlərinə görə, Naxçıvanda təhsil almalı olan uşaqların az qala yarısı ailələri ilə birlikdə Türkiyədə yaşayırlar. Lakin, həmin uşaqların adları Naxçıvan məktəblərində qeydiyyata alınıb. Hər halda, şişirdilmiş rəqəmlərin korrupsiyaya rəvac verməsi faktdır və belə bir iddia fonunda gərəkən qurumların araşdırma aparması şərtə çevrilir.

Paylaş: