Cəmiyyət

Sahil Babayevin nazirliyinin üç tenderinə icazə verilmədi – DETALLAR

DOST Mərkəzinin bir gündə iki tenderinin nəticələri ləğv edilib. Tribunainfo.az xəbər verir ki, Anti-İnhisar və İstehlak Bazarına Naəzarət Dövlət Xidməti bununla bağlı qərar qəbul edib. Həmin tenderlərdən biri DOST Agentliyi tərəfindən Qarabağ Regional DOST Mərkəzi üçün çirkab suların təmizlənməsi məqsədilə bioloji təmizləmə qurğusunun alınması, quraşdırılması və qurğuya texniki xidmətin satınalınmasından ibarət olub. 39.934,74 manatlıq tenderin ləğvinə səbəb isə iştirakçı sayının yetərli qədər olmamasıdır. İkinci tender isə DOST Agentliyi tərəfindən Quba DOST və Peşə hazırlığı mərkəzinin xarici qaz təchizatı üzrə tikinti işlərin satın alınmasına adi olub. Lakin AİİBNX 16.195 manatlıq tenderi də qanuna uyğun olmadığını əsas tutaraq, onun nəticələrini ləğv edib. Tribunainfo.az xəbər verir ki, AİİBNX təkcə DOST-un deyil, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərən Dövlət Məşğulluq İdarəsinin 15.306,18 manatlıq tenderinə də keçirilməsi üçün icazə verməyib. Belə ki, sözgedən qurum həmin vəsaitlə İsmayıllı “DOST EVİ”, Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin inzibati binasının qazlaşdırılması işlərinin satın alınmasını həyata keçirməli idi. Lakin bu qurumun da qanuna əsasən ciddi səhvlərə yol verməsi müəyyən edildiyindən, müsabiqə məqbul bilinməyib. Xatırladaq ki, AİİBNX təkcə dünən ƏƏSMN-in 5 tenderini bir gündə ləğv etmişdi. Həmin ləğvetmələrin səbəbi də məhz qiymət şişirdilməsi, qanunların bir çox tələblərinin pozulması ilə bağlı olub. Yerli müşahidəçilər isə hesab edirlər ki, son bir ayda 20-yə yaxın tenderin ləğv edilməsi AİİBNX ilə ƏƏSMN arasında “savaşın” nəticəsidir.

Paylaş: