Cəmiyyət

Niyə AYNA-da özümüzü `ƏYRİ GÖRÜRÜK`… – Çünki elə AYNA-nın ÖZÜ ƏYRİDİR…

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) artıq özünün fəaliyyəti ilə Ziya Məmmədov dövrünün Nəqliyyat Nazirliyini də geridə qoyub. Söhbət narazılıqlara nədən olmaqdan gedir. Fakt budur ki, bu gün AYNA rəsmən etirazlara stimul yaratmaqdadır.

Dia-az.İnfo olaraq AYNA-nın necə işlədiyini əks etdirən növbəti faktı təqdim edirik. Bu dəfə tanınmış jurnalist Rəsul Mirhəşimliyə istinad edəcəyik. Jurnalist bu gün elə səhər saatlarında müşahidə etdiklərini paylaşıb:

“Bu səhər AYNA-nın əməkdaşları “Riyad” Ticarət Mərkəzindəki dayanacaqda reyd keçirirdi.

Sumqayıtdan sərnişin daşıyan avtobus və şəxsi avtomobilləri cərimələyirdilər…

199 nömrəli sərnişin avtobusu 25 dəqiqədən sonra gəlib çıxdı, sərnişinlərin AYNA-nın əməkdaşlarına şikayətinə müdrikcəsinə susdular…”

199 nömrəli sərnişin avtobusunun kimə aid olduğunu, AYNA-nın bu barədə nədən “çarəsiz” göründüyünü müəyyən etmək olar. Amma vacib deyil ki hansı məmurun və yaxud da iri oliqarxındır. Vacib olanı odur ki, AYNA məhz qeyd etdiklərimizin maraqlarını güdür… vəzifə borcu hesab olunan vətəndaş marağını deyil.

Qeyd edək ki, Rəsul Mirhəşimli başına gələnləri son olaraq bir cümlə ilə – AYNA rəhbərliyinə xitabən belə şərh edib: “Sərnişinlərin “rahatlığı” üçün beləcə davam edin!”

Dia-az.İnfo

Paylaş: