Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) Səttar Mehbalıyevin 33 illik şahənşahlığına son qoyulduqdan sonra rəhbər dəyişikliyi baş verdi. Tribunainfo.az xəbər verir ki, köhnə sədri əvəzləyən Sahib Məmmədov isə həmkarların hüquqularını müdafiə etmək əvəzinə, siyasətlə məşğul olmağa başlayıb.
Bildirək ki, Sahib Məmmədov AHİK sədri seçiləndən sonra “Trend” İnformasiya Agentliyinə bir neçə müsahibə verib. Lakin o, müsahibələrinin heç birində AHİK-dəki durum, həmkarlar ittifaqının hansı işlər görəcəyindən bəhs etməyib. Əksinə, yeni sədr təpədən-dırnağa politoloqluq edərək, Azəbaycanın antiterror əməliyyatlarından, xarici və daxili siyasətindən danışıb. Sanki Sahib Məmmədov AHİK sədri deyil, politoloq və ya siyasi partiya rəhbəıridir.
Qeyd edək ki, böyük əksəriyyət AHİK-dəki dəyişiklikdən sonra yeni tendensiyaların yaranacağına, islahatların aparılacağına, yeniliklər edəcəyinə, uzun illərdir kreslolalarına yapışmış şəxsləri uzaqlaşdıracağına böyük ümidlər bəsləyirdi. Hətta yeni kadrları gözləyənlər də az deyildi. Amma bunun əksi baş verməyə başladı. Məlum oldu ki, Sahib Məmmədov da Səttar Möhablıyevdən fərqli biri deyil. Elə ritorikası da onunkundan fərqlənmir.
Tribunainfo.az bildirir ki, Sahib Məmmədovun davranışları onu deməyə əsas verir ki, onun məqsədi nəyisə dəyişmək deyil. Elə köhnə konyuktura ilə işləməkdir. Bu da işçilərin hüquqularını müdafiə edən qurumun fəaliyyətində marağı olan, onun dəyişməsini istəyənlərin ümidlərini doğrultmur. Həmçinin AHİK-in media ilə əlaqələndiriciləri elə eyni adamdır. Ki, Sahib Məmmədova öz işi ilə bağlı deyil, siyasi şərhlər verməsini məsləhət biliblər.
Bütün bunlar isə onu deməyə əsas verir ki, AHİK-in yeni sədri köhnə komandanın əlində əsir-yesir qalıb. Və onların təsirindən çıxa bilməyib və çıxa bilməyəcək. Çünki onların dedikləri, məsləhətləri ilə hərəkət edir.
Məsələnin pis tərəfi odur ki, Sahib Məmmədovdan işçilərin hüququları ilə bağlı cəsarətli açıqlamalar verilməsi gözləntiləri də xəyal olub. Halbuki o, təkcə bu məsələni deyil, illərlə həmkarlara pul ödəyib sanatoriyada müalicə və istirahət huquqndan məhrum olan vətəndaşların huquq maarifləndirməsi yonündə seminarlar, görüşlər təşkil etməli idi.
Bir sözlə, Sahib Məmmədov AHİK-də “köhnə hamam, köhnə tas” yanaşmasından kənara çıxmayıb.