Cəmiyyət

Gömrük Komitəsi müsadirə etdiyi malın nə olduğunu bilmir? – İLGİNC

Oktyabr ayının 7-də Əmlak Xidmətləri Məkanında təkrar gömrük hərracı keçiriləcək və dövlət mülkiyyətinə keçirilən 744 adda müxtəlif təyinatlı mal hərrac vasitəsi ilə satışa çıxarılacaq.
Yeniavaz.com xəbər verir ki, hərraca çıxarılan mallar Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərən “Azərterminalkompleks” Birliyinin anbarında yerləşir.
Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə edilən mallardan biri “təyinatı bilinməyən dəmir” adı ilə hərraca çıxarılcaq. Açıqlanan məlumatda bildirilir ki, hərraca çıxarılacaq 6 ədəd “təyinatı bilinməyən dəmir”in bir ədədinin qiyməti 5 manat təşkil edir.
Dövlət mülkiyyətinə keçirilən və hərrac vasitəsi ilə satışa çıxarılan mallardan bəzilərinin adları və qiymətini təqdim edirik:

  • Kilsə şamı – 5 manat (8,55 kq);
  • Atvertka – 2,5 manat (2 ədəd);
  • Təyinatı bilinməyən dəmir – 5 manat (6 ədəd);
  • Silikon tapança – 3 manat (1 ədəd);
  • Bolt qaykası – 10 manat (3,9 kq);
  • Toyuqlar üçün yem qapı – 3 manat (2 ədəd);
  • Binada çıxışı bildirən plastik nişan – 5 manat (1 ədəd);
  • Lift düyməsi – 10 manat (1 ədəd);
  • Uşaq butulkası üçün qapaq – 2 manat (4 ədəd);
  • Molfix markalı uşaq bezi – 5,8 manat (3 ədəd);
  • Pampers adsız – 5 manat (1 qutu).
Paylaş: