Cəmiyyət

`Yelo Bank` XALQLA ÇƏKİŞMƏDƏ… – Daha 43 nəfərin evinə ƏL QOYULUR…

“Yelo Bank” 43 nəfərin evindən çıxarılması üçün məhkəmələrə müraciət edib.

Tribunainfo.az xəbər verir ki, bank bununla bağlı məhkəmədə 7 ayrı iş üzrə iddia qaldırıb. Bu işlərin əksəriyyəti bir neçə aydır ki, davam edir. Dünən Sumqayıt Apellyasiya Məhkəməsində hakim Səyyad Qafarinin sədrliyi ilə baş tutan işdə 21 nəfər cavabdeh qismində iştirak edib. İddianı qaldıran “Yelo Bank” Hümbətov Orxan, Səmədova Səba, Baxışova Natəvan, Sevdiməliyeva Nazilə, Sahibov Əliheydər, Sahibova Aygün, Hümbətli İsmayıl, Hümbətova Elşad, Hümbətov Tural, Hümbətov Zahid, Hümbətova Qərənfil, Sahibova Sədayə, Sahibov Mayis, Sahibov Surxay, Sahibov Emin, Hümbətova Gülşən, Hümbətli İlkin, Sahibova Fatimə, Sevdiməliyev Ramin, Sahibov Tehran və Hümbətli Durnanın yaşadığı mənzildən çıxarılmasını tələb edir. İşin mahiyyəti mənzil mübahisəsidir.

“Yelo Bank”ın qaldırdığı digər mənzildən çıxarılma üzrə işə isə sabah Sumqayıt şəhər Məhkəməsində hakim Gülnarə Tağızadənin sədrliyi ilə baxılacaq. Bank bu prosesdə də 4 nəfərdən ibarət Əsgərovlar ailəsinin evindən çıxarılmasını tələb edir. Mənzilindən çıxarılanlar Əsgərova Sevinc, Əsgərova Sveta, Əsgərov Cəlal, Əsgərov Nicatdır.

Digər mənzil mübahisəsi ilə bağlı işə isə 30 sentyabr tarixində Abşeron rayon Məhkəməsində hakim Mirnəsir Mirhəsənlinin sədrliyi ilə baxılacaq. Bu prosesdə də “Yelo Bank” cavabdeh olan Sadıxov Əjdər, Məmmədov Rasim, Məmmədov Elçin, Məmmədova Sevda, Sadıxova Nuranə və Məmmədov Hüseynin yaşadıqları mənzildən çıxarılmasını tələb edir.

30 sentyabr tarixində Ağsu rayon Məhkəməsində də “Yelo Bank”ın iddiası əsasında bir ailənin mənzilindən çıxarılması tələbi ilə qaldırılan daha bir işə baxılacaq. Bank bu prosesdə də Əhmədov İntiqam, Əhmədova Əzimə, Əhmədova Samirə və Əhmədov İldırımın yaşadığı evdən çıxarılmasını tələb edir.

Daha bir işə isə 7 oktyabr tarixində hakim İlqar Hüseynovun sədrliyi ilə İsmayıllı rayon Məhkəməsində baxılacaq. “Yelo Bank” Əsgərov Əsəd, Əsgərova Afət və Əsgərova Fətulla ilə bağlı iddia qaldırıb və onların mənzildən çıxarılmasını tələb edir.

Eyni gündə sözügedən məhkəmədə hakim İlqar Hüseynovun sədrliyi ilə bankın bir başqa ailəyə qarşı qaldırdığı mənzil mübahisəsinə də baxılacaq. Bu prosesdə isə cavabdeh Mitəlova Şəhla, Əsgərli Müşfiq, Əsgərova Ayna, Əsgərov Fərhaddır. “Yelo Bank” bu ailənin də mənzilini əlindən almağa çalışır.

Bir başqa prosesdə isə bank iddianı Qurbanov Səhrəddin Yasin oğluna qarşı qaldırıb. Bu işin mahiyyəti də alqı-satqı müqaviləsi üzrə mübahisədir. Bank vətəndaşın evindən çıxarılmasını tələb edir.

Qeyd edək ki, “Yelo Bank”da kredit götürənlərlə müqavilələri bankın kredit komitəsinin sədri Anar Həsənov və kiçik kredit komitəsinin sədri İbrahim Quliyev imzalayır. Bankın problemli kreditləri də bu iki şəxsin adı ilə bağlıdır.

Mövzu ilə bağlı Tribunainfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bank vətəndaşın evinin əlindən alınması ilə bağlı ancaq iki halda iddia qaldıra bilər:

“Birinci hal oldur ki, əgər mənzil götürülən kreditə görə banka girov qoyulubsa, kreditin qaytarılmadığı təqdirdə bank kreditgötürəni məhkəməyə verə bilər. Məhkəmə qaydasında da həmin ev hərraca çıxarılır və satılandan sonra həmin pul kreditə yönəldilir. Həmin pulla kredit bağlanırsa iş bitir. Pul artıq qalırsa, vətəndaşın özünə verilir. Pul krediti bağlamağa yetmirsə, krediti götürən şəxsin banka yenə də borcu qalmış olur.

İkinci hal odur ki, vətəndaşın banka borcu var və borcu ödəyə bilmir. Bank borcu həmin şəxsin digər mənzil və ya evinə yönləndirir ki, əlavə ev satılsın və borc ödənsin. Burada da prosedur eynidir.
Bank kredit verərkən kredit götürənin girov qoymasında ona görə maraqlı olur ki, onun krediti ödəyə bilməyəcəyi təqdirdə verilmiş pul batmasın”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Paylaş: