“Diddy” ləqəbli amerikalı aktyor, prodüser və reper Şon Kombs ötən həftə seks ticarəti, girov saxlama, fiziki zorakılıq, cinsi istismar və cinayət təşkilatı yaratmaq ittihamları ilə həbs edilib.
Həbsxanada saxlanılan müğənninin 50 milyon dollar girov müqabilində azadlığa çıxmaq tələbi rədd edilib. Bildirilib ki, “Diddy” hazırda Bruklindəki Metropoliten təcridxanasında saxlanılır.
Məlumata görə, reper 2008-ci ildən qadınları “cinsi istəklərini təmin etməyə” məcbur etmək üçün narkotik və zorakılığa əsaslanan cinayət təşkilatını idarə etməkdə ittiham olunur.
14 səhifəlik ittiham aktında bildirilir ki, müttəhim hədə-qorxu ilə pul tələb etmək, cinsi əlaqəyə məcbur etmək və qadınları fahişəliyə məcbur etməkdə ittiham olunur. Onu 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
“Diddy”nin əsl adı Kasandra Ventura olan keçmiş sevgilisi Kessi ötən ilin noyabrında onunla bağlı şikayət etmiş və 2018-ci ildə ondan ayrılmağa çalışdıqdan sonra təcavüzə məruz qaldığını iddia etmişdi. Kessinin 2023-cü ildə açdığı iddiadan və təqdim etdiyi sənədlərdən sonra bir çox qadın və kişi “Diddy” tərəfindən zorakılığa məruz qaldıqlarını bildirərək şikayət etdi.
Bundan başqa, reperin təşkil etdiyi əyləncə məclisləri də Hollivud dünyasında şok effekti yaradıb. İddialara görə, həmin məclislərdə iştirak edən məşhurlar özlərindən xəbərsiz lentə alınıb, şantajlara məruz qalıb. Həmçinin məclislərdə azyaşlı uşaqların da olduğu və onların cinsi əlaqəyə məcbur edildikləri də iddia edilib.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) reperin Mayami və Los-Ancelesdəki evlərinə basqın təşkil edib. Aparılan axtarışlar zamanı tapılan mindən çox uşaq kremi ölkə ictimaiyyətində səs-küyə səbəb oldu.
Aparılan axtarışlar zamanı “Diddy”nin evinin altında tunellər aşkarlanıb. Bu da ilin əvvəlində onlarla qıza qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunan və həbsxanada ölü tapılan Epştein işini xatırladıb.
“Diddy”nin həbsindən sonra bir sıra məşhurlar sosial şəbəkələrdəki paylaşımlarını silməyə başlayıblar. Açıqlamarının birində reper məşhur Hollivud aktyoru Leonardo Di Kaprionun onun məcləsilərə dəvət siyahısının bir nömrəli şəxsi olduğunu demişdi. Amma Di Kaprioya yaxın mənbə aktyorun reperlə münasibətinin olmadığını açıqlamışdı.
“Diddy”nin kef məclislərinə qatılan digər məşhurlar arasında Cennifer Lopez və Kardaşyan ailəsi, Peris Hilton, Eşton Katçer, Kelli Osborn, Cey-Z, Beyons, Pamela Anderson və başqaları da var.
Reperin bir vaxtlar prodüseri olduğu Castin Biberi cinsi istismara məruz qoyduğu da iddia edilib.
Məlumata görə, Castin Biber “Diddy”nin tapdığı varlı insanlar tərəfindən cinsi istismara məruz qalıb. Məhz bu hadisələrdən sonra Biberin parladığı bildirilir.