Dünya

Gürcüstanın təhsil naziri istefa verdi

Gürcüstanın təhsil, elm və gənclər naziri Georgi Amilaxvari istefa verib.

Bu barədə o, yerli mətbuata açıqlamasında bildirib.

“Mən yeni nazirin sistemə rəhbərlik etməsinə imkan vermək üçün seçkilərdən əvvəl vəzifəmi tərk edirəm. Siyasi komandamızın sıravi əsgəri olaraq qalıram və əminəm ki, oktyabrın 26-sı “Gürcü arzusu” inamlı qələbə qazanacaq, ölkənin dinc və güclü inkişafı davam edəcək”, – Amilaxvari deyib.

O, həmçinin özəl sektorda işləməyə davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, G. Amilaxvari 2023-cü ilin martından nazir postunda idi.

Ölkədə parlament seçkiləri oktyabrın 26-sı keçiriləcək.

Paylaş: