Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışda ölənlərin sayı artıb.
Partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Qeyd edək ki, sentyabrın 27-də axşam saatlarında Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Respublikanın başçısı Sergey Melikov partlayış nəticəsində həlak olanların xatirəsinə bir günlük matəm elan edildiyi açıqlayıb.