Cəmiyyət

“Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR” – İmişlidə ETİRAZ EDƏN müəllimə

82 saylı İmişli-Saatlı seçki dairəsindən Milli Məclisə deputatlığa keçmiş namizəd Leyla Nəcəfquliyeva İmişli rayonunun Aranlı kəndində orta məktəb müəllimi vəzifəsindən azad edilib. O, işdən çıxarılmasının səbəbini kınddə əldə etdiyi uğurlar və haqqı dediyi ilə əlaqələndirir. Nəcəfüuluyevə ona planlı şəkildə tələ qurduqlarını və qeyri-qanuni işdən azad etdiklərini iddia edir.
Elm və Təhsil Nazirliyi Mil-Muğan regional şöbəsindən isə mətbuata bildirilib ki, Elm və Təhsil Nazirliyi Mil-Muğan regional şöbəsinin 17 sentyabr tarixli əmrində müəllimənin məktəb direktorunun göstərişlərinə “tabe olmaması”, “məktəblilərin dərslərə gəlməməsinə təsir göstərməsi “, “rəhbərliyin razılığı olmadan dərsi məktəb binasından kənarda keçməsi”, Tik-Tokda videolar yayması, uşaqlardan öz şəxsi məqsədləri üçün istifadə etməsindən danışılır ki, bu da ümumilikdə, “Müəllimin Etik Kodeksi”nin tələblərinə kobud şəkildə ziddir. İşdən çıxarılma yerli Həmkarlar İttifaqı ilə razılaşdırılıb.

Kanal 13

Daha ətraflı aşağıdakı videoda:

Paylaş: