Cəmiyyət

ƏIviz Qasımovun ,, TRAVMALI ” İDARƏÇİLİYİ və ya “Respublikanski” xəstəxanada nə baş verir?

Yunan filosofu Artisfen yazır ki, yarıtmaza idarəçiliyi həvalə etmək, dəliyə qılınc verməkdən təhlükəlidir. Çünki yarıtmaz adam bütün sistemi iflic edir, inkişafı baltalayır, öz ağlı və mənfəəti ilə hər şeyi ölçür. Biz də göründüyü kimi maşallah olsun ki, yarıtmaz idarəçilər sarıdan korluq çəkmirik. Onlardan müxtəlif qurumlarda, idarələrdə, ayrı-ayrı sahələrə aid strukturlarda kifayət qədər var.
Çox uzağa getməyək, elə götürək 2022-ci ilin dekabrından tibb işçilərinin, həkimlərin, təcrübəli kadrların, professorların qəniminə çevrilmiş Respublika Klinik Xəstəxanasının direktoru, ortoped-travmatoloq Əlviz Qasımovu. Vaxtilə efirlərdən düşməyən, telekanallarda möhkəm reklamı gedən, bəh-bəhlə təriflənən, elə buna görə də xeyli məmur-oliqarxın sevimlisinə çevrilmiş ortoped-travmotoloq Əlviz Qasımov “Respublikanski”nin personalına elə bir “travma” yaşadır ki, gəl görəsən…
TEREF yazır ki, Prezidentə və dövlətin rəhbər şəxslərinə yazılan və bir nüsxəsidə poçtumuza daxil olan şikayətdə şikayətçi yazır. Daha sonra şikayətçi davam edərək yazır:
Məhz həmin reklamın, sonra da daimi həkiminə çevrildiyi həmin ixtiyar sahiblərinin sayəsində karyera yüksəlişi yaşamış Əlviz Qasımov indi direktoru olduğu xəstəxanada işçilərin başında az qala “turp əkir”. Cəmi iki ildən bir az zaman içində “Respublikanski”də “ad çıxarmış” Əlviz Qasımov çoxlarını dünyaya gəldiyinə, bu peşəni seçdiyinə peşman edib, necə deyərlər, anadan əmdiyi südü burnundan gətirib. Elə bil cənab Qasımov xüsusi missiya və yaxud qisas əməliyyatı məqsədi ilə bu tibb müəssisəsinə rəhbər göndərilib: Hippokrat sağ olsaydı, sözsüz ki Əlviz Qasımov onda da bir ,,çepe” tapa bilərdi…

RKX-na Əlviz Qasımovun direktor təyinatının qaranlıq izləri

Yuxarıda qeyd etdiyimiz kimi artıq iki ilə yaxındır ki, «Respublikanski» kimi tanınan Mirqasımov adına RKX-da rəhbərlik strukturlarına təyinatlar olub. Başda direktor Əlviz Qasımov olmaqla kütləvi şəkildə, xeyli sayda heyət üzvü ET Travmatologiya və Ortopediya İnstitutundan Mirqasımov adına RKX-na köçürülərək mühüm postlara yerləşdiriliblər. Hər kəs üçün maraqlı deyilmi ixtisasca Ortoped-travmatoloq olan Əlviz həkimin qəflətən 2022-ci ilin dekabrın sonu İnstitutdan böyük bir komanda ilə RKX-nə təyinat alsın? Bunun əslində səbəbi nə idi? Hər kəs yaxın tarixə nəzər salsa, hər şeyi çox asanlıqla başa düşmək olar . Bildiyimiz kimi 2023-cü il yanvar ayından bir çox institutlar kimi Tramatologiya instutunun da TƏBİB-dən alınaraq Səhiyyə Nazirliyinin tabeçiliyinə keçməsi haqqında qərar verilmişdir. Belə olduğu halda daima Əlviz həkimin idarıetməsinin problemli olduğunu haqlı olaraq iddia edən hazırda Səhiyyə nazirinin müavini İlqar Qasımovla işlərinin çəpləşməsi qaçılmaz olacaqdır. Odur ki, «asta qaçan namərddir» prinsipi ilə Əlviz həkim «başının dəstəsi» ilə ,,yuxardakı” adamlarının dəstəyi ilə RKX-na transfer edilir. Bütün bunlardan sonra RKX-nın qara günləri başlanır. Başlanır nə başlanır.
Hal hazırda Əlviz Qasımov Mərkəzi Kilinikadan və Tramatologiya inistutundan gətrdiyi heyyətlə xəstəxananı rüsvayedici şəkildə idarə edir. Vüqar Qurbanova sual edirik?- RKX sı dostlar, tanışlar , sevgililər xəstəvanasıdır?( bu kadların hər biri haqqında məlumat verəcəyik) Necə olur ki, Əlviz Qasımov tərəfindən yaxın dostu Murat Ünlü Mərkəzi kilinikadan müavin kimi Tramatologiya inistutuna , ordan da Mirqasımov adına RKX gətirilir. Sonra da məlum olur ki Murat bəyin diplomu Azərbaycanda təsdiq edilməyib. Onun istər Tramatologiya inistutunda , istərsə də Mirqasımov adına RKX da fəaliyyəti qanunsuz olub. Bu iki il müddətindı qanunsuz fəaliyyətə görə kim məsuliyyət daşıyır? Əgır nəzərə alsaq ki bu iki il müddətində hər ay Murat bəy ən azından beş min manat aylıq məvacib alıb, bu ciddi maliyyə pozuntusudur.

“TRAVMALI” İDARƏÇİLİK

Problemləri, dərdləri respublikanın hüdudlarını aşan, bir qrup karyerist, işbaz adamın əlində əsir-yesir qalan, ölkə qanunlarının işləmədiyi, hər şeyin pulla ölçüldüyü, az qala kriminal aləmə çevrilən, bu xəstəxananın mövcud vəziyyəti sadəcə faciəvidir. İllərdir ki, islahatlar aparıldığı deyilən Azərbaycan səhiyyəsinin bu xəstəxanadan xəbəri yoxdur. Ümumiyyətlə deyəsən bu sahəyə cavabdeh olanlar, məsuliyyət daşıyanlar “Respublikanski”ni ya tamamilə gözdən çıxarıblar, ya da başda Əlviz Qasımov olmaqla bir qrupun şəxsi maraqlarına qurban veriblər.
Xəstəxanada Azərbaycan səhiyyəsi adına tam bir rəzalət yaşanır, tibbi sığorta haqqında qanun ayaqlar altına atılır, nəinki xəstələrin, hətta tibbi personalın belə hüquqları tapdalanır. Elə bir vəziyyət yaranıb ki, TƏBİB belə burada hökm sürən anarxiyaya, hərc-mərcliyə müdaxilə etmək iqtidarında deyil. Bütün el yığılsa belə Əlviz Qasımovun yaratdığı xanədanlığa söz demək iqtidarında deyil !
Bu gün RKX-da yalnız Əlviz Qasımovun yazılmamış qanunları işləyir. Bu qanunlar isə Azərbaycan dövlətinin imicinin tapdalanmasına, cənab Prezidentin, Mehriban xanımın səhiyyəyə göstərdiyi yüksək diqqət və qayğıya zərbə vurmağa, gözdən salmağa hesablanıb. İş o yerə çatıb ki, peşəkar kadrların böyük bir qurupu yarıtmaz idarəçilikdən bezib baş götürüb qaçdılar, yəni başqa xəstəxanalara üz tutdular. Qalan həkimlər isə ,,partizan “kimi direktorun gözündən yayınaraq , çox sıxıcı fəaliyyət göstərirlər. Maraqlısı budur ki bu barədə dəfələrlə cənab prezident İlham Əliyevə və xanımı birinci Vitse prezident Mehriban xanım Əliyevaya müraciət edilsə belə işin icrası aidiyyatı qurumlar tərəfindən həll edilmir. Eyni zamanda bu barədə əvvəlki baş həmkar Səttar Mehbalıyevə həkimlər və tibb personalı tərəfindən rəsmi müraciətlər ünvanlanmışdır. Həkimlər Əlviz Qasımovun xəstəxanada saxta yolla seçdirdiyi heç kəsin normal tanımadığı, direktorun adamı kimi yalnız onun xidmətində duran xəstəxananı biznes maraqlarına çevirən cərrahın birindən , pozulmuş hüquqlarının müdafiəsini necə tələb edə bilərlər. Hər kəs respublikanın yeni baş həmkarı Sahib Məmmədovun vicdanlı adam olduğunu bildirir. Sahib Məmmədovdan da şəxsən məsələni yenidən diqqətinə götürməsini həkimlərin uzaq Bilgəhə sürgün edilməsinin qarşısını alınmasında yardımçı olmasını çox xahiş edirlər.
Hal-hazırda əmirlərin bir qismi daimiləşsə də böyük bir kollektiv, yüz minlərlə insanın ümidlə üz tutduğu xəstəxana “müvəqqəti əmrlə” çalışan məsuliyyətsiz, şəxsi maraqlarını güdən şəxslərin əlində can verdi. Ə.Qasımovun “müvəqqəti əmrlə” idarəetməyə gətirdiyi naşı şəxslər (indi böyük qismi daimiləşib) elə bir anarxiya, korrupsioner sistem, rüşvət mexanizmi formalaşdırdılar ki, yüz TƏBİB gəlsə bu dərdin dərmanını tapa bilməz. RKX-da baş verənləri bütün çılpaqlığı ilə görmək üçün xəstəxananın həyətində beşcə dəqiqə var-gəl etmək kifayətdir. Elin gözü tərəzi olduğu üçün bu tərəzidə Əlviz Qasımovun hansı çəkidə olduğunu görəcəksiniz. Xəstəxanada icbari tibbi sığorta demək olar ki, işləmir, pul verməyən xəstələrə xidmət göstərilmir, ya da başdan edilir. Azərbaycan dövlətinin, cənab Prezidentin ən böyük islahat proqramı burada sabotaj olunur. Və qəribəsi də odur ki, bu sahəyə cavabdeh olanlar baş rejissoru Əlviz Qasımov olan bu tamaşaya seyriçilik edirlər.
Əlviz Qasımov xəstəxanada həyata keçirilən təmir işlərini də öz şəxsi maraqlarına tabe etməyi bacarıb. Təmir işlərini bəhanə edərək böyük bir kollektivi, on minlərlə xəstəni paytaxtdan uzaq Bilgəhə “sürgün” etməyi planlaşdırır. Hamını hər şeyin yaxşı olacağına inandırmağa çalışsa da bu həm tibb personalın, həm də xəstələr üçün çətinliklər yaradacağını hər kəs bilir. Hər şeyin doğrusu, şəhərdə münasib bir binanın ayrılması daha məqsədəuyğun olardı. Eyni zamanda Əlviz Qasımov bütün işçi kollektivinin qarşısında gediş-gəliş avtoservis təminatının olacağını söz versə də hər kəs bunun da mümkünsüz olacağını bildirir. İTS və TƏBİB in iş mexanizimində çox ciddi korrupsiya , maliyyə pozuntularının olması şühbəsizdir. Beləki RKX Terapiya şöbələri beş aydan çoxdur ki xəstə yatışı qəbul etmir. Təmir adı altında beş aydan çox xəstə yatışını saxlamağın adı nədir? Nə baş verir ki həyat , yaşamağ uğurunda mübarizə aparan xəstələr kimlərinsə bizneslərinin qurbanı olurlar.
Xülasə, Əlviz Qasımov Nuh deyir, peyğəmbər demir. Bu yolla arzuolunmaz şəxslərdən asanlıqla yaxa qurtaracağını düşünərək “Bilgəhə sürgün” siyasətindən əl çəkmək istəmir. Zatən bu xəbər çıxandan Terapiya sahəsində çalışanların bir qismi işdən çıxmış , böyük bir qisimi isə özlərinə uyğun yerlərdə iş axtarır. İşin dəhşətli tərəfi odur ki, Əlviz Qasımov özünə yaxın şəxsləri xəstəxananın əsas korpusunda saxlayır, “getmə gözümdən, gedərəm özümdən” prinsipi ilə himayə edir, digərlərini isə Bilgəhə ,,sürgünə” göndərir. Həkimlər bildirir ki, əslində bu “sürgün” onların xəstəxanadan mədəni amputasiyasıdır. Gəldiyindən bəri müxtəlif bəhanələrlə təxminən iki minlik kollektivdən 500-dən çox əməkdaşı işdən çıxaran Əlviz Qasımov Bilgəhdə arzuedilməzlər kateqoriyasına aid etdiyi həkimlərdən də can qurtarmağı planlaşdırır. Özünü guya dürüst, təmiz adam kimi göstərən Əlviz Qasımov əslində böyük korrupsiya mexanizminin açarıdır.
İşdi şayətdi məcbur olub tibbi sığorta şərtləri ilə xəstəxanada müalicə edilməli xəstə olarsa onun işi Allaha qalır. Çünki belə sərfəsiz xəstələrə gözün götürüb baxan olmur, 5 gündən də sonra vəziyyətindən asılı olmayaraq xəstəxanadan çıxarırlar. Hər şeydən dəhşətlisi odur ki, Əlviz Qasımovun göstərişinə əsasən həkimlər yalnız onların təminat üzrə əmr etdikləri diaqnozları təyin edə bilər. Bu dünyada səhiyyə sistemində görülməmiş dəhşətdir. Xəstələrin taleyindən çox birmənalı şəkildə tibbi icbari sığortanın maraqları önəmə gətirilir.
Xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət növü baş alıb gedir. Yəni: liftə minmək, ayaqyoluna getmək, xəstəni qəbul şöbəsinə çatdırmaq, Kompüter Tomoqrafiya müayinəsindən keçmək,bütün cərrahi əməlyatlar, analiz vermək, hətta az qala salam vermək belə pullu xidmət hesab edilir.
Bundan başqa, ultrasəs müayinəsinin aparıldığı kabinetdə də konkret tariflər müəyyənləşdirilib. Məsələn, zobdan müayinə olunmaq istəyirsənsə15-20 manat ödəməlisən. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 150 manata başa gələcək. Bundan başqa burada qanın ümumi analizi 20, qanda qlükozanın müəyyən olunması 10, sidiyin ümumi analizi 10, böyrək analizləri 40, adi həkim müayinəsi 30, ginekoloji yoxlanma 60 manata başa gəlir. Döş qəfəsinin rentgeni üçün 20-30 manat ödəmək lazım gəlir. Daxili orqanların ümumi müayinəsi isə 165 manatdır. Cərrahiyyə şöbəsində Eldar həkimin etdiyi əməlyyatların qiymətləri qandondurucudur. Bu rəqəmlər isə min manattdan başlayır. Beləcə dövlətin vətəndaşlara vəd etdiyi icbari tibbi sığorta Respublika Klinik Xəstəxanasında bazar predmetinə çevrilib. İTS-nin rəhbəri Zaur Əliyev isə bunları görməzdən gəlir.
Özəl müəssisələrlə anlaşan direktorun şəxsən razılığı olmadan özəl kilinikalara müayinə üçün xəstələrə heç bir göndəriş verilmir. Daha doğrusu göndərişlər yalnız direktorun ,,anlaşdığı” özəl kilinikalara verilir. Xəstələrin istəyi nəzərə alınmır .Bir çox dərman firmaları isə Əlviz Qasımovun ,, xeyir duası” ilə xəstəxanada keyfiyyətsiz dərmanlarının alverini edir.
Direktorun 400-dən çox işə götürdükləri işçilərin də böyük qisiminin ,, anlaşma” və ,, razılaşma” yolu ilə olduğu şühbəsizdir.
Araşdırma aparılarsa, son vaxtlar xəstəxanada ölüm hallarının artması, yanğınların baş verməsi , karrupsiyanın baş alıb getməsi idarəçiliyin yox səviyyəsini göstərir.
Bahalı və yüngül həyat tərzi yaşayan Əlviz Qasımovun Port-Bakuda dəyəri yüz minlərlə ölçülən ev aldığı (elə orda da nüfuz sahibi olan şəxslə qonşu olması ), rəhbərlik etdiyi xəstəxanaya şəxsi bahalı Porşe avtomobili ilə gəlib-getdiyi bildirilir. (Maraqlı burasıdır ki, rəhbərlik onun yüngül həyat tərzi sürdüyünü, daima ,, işdə məhəbbət macərası ” yaşadığını bildiyi halda niyə susur? Bu barədə də məlumat verəcəyik) Xəstəxananın təmiri üçün dövlətin ayırdığı böyük məbləğdə pulun Əlviz Qasımovun iş kabinetinin təmirinə sərf edilmişdir. Hansı ki, bu gün xəstələrin rahatlığı üçün şöbələrdə təmirə daha çox ehtiyac var idi ki, sağ olsun dövlətimiz onu da öz üzərinə götürdü.
Nəhayət, suallar bitmir ki bitmir – Cənablar bəlkə siz cavab verəsiniz: axı niyə illərlə təcrübəsi olan həkimlər bu cür stresslər keçirməli, əziyyət çəkməli, işindən olmalı və ortopedik-travmotoloq Əlviz Qasımovun “travma” lı idarəçiliyinin qurbanı olmalıdırlar?
Əlqərəz, həkimlər başda cənab prezident olmaqla Azərbaycan respulikasının 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyevadan, Azərbaycan Respublikası Prezdentinin köməkçisi Anar Ələkbərovdan, Humanitar-siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevadan,Azərbaycan Respublikasının baş purakroru Kamran Əliyevdən , Səhiyyə naziri Teymur Musayevdən ,Tibbi İcbari Sığortanın icraçı direktoru Zaur Əliyevdən, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovdan, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovdan , Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyevdən kömək istəyir.
Cənab prezident ,özünü yuxarı ali şəxslərin himayəsində hiss edən Əlviz Qasımovun özbaşnalıqlarına, qanunsuzluqlarına Zaur Əliyev və yaxud Vüqar Qurbanov göz yummaq məcburiyyətindıdir. Siz Allahın yerdə bizim üçün ədalətisiniz. Koma vəziyyətinə düşən Respublika Klinik Xəstəxanasını ölümdən xilas etmək üçün klinik tədbirlər görülməlidir.
Bir daha qeyd etmək istərdik ki, bütün bu baş verən oyunbazlıqlar, hər biri cinayət əməli kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd edildiyi kimi, olan olaylar icbari tibbi sığortanın rəhbəri Zaur Əliyevin və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun gözləri qarşısında baş verir. Səhiyyə sistemində islahatların açarı hesab olunan, böyük ümidlər bəslənilən TƏBİB isə öz fəaliyyəti ilə tam bir fiaskoya uğradıb, göstərilən etimadı doğrultmayıb, səhiyyənin dərdlərinə TƏBİB olacağına yeni bir virusa çevrilərək bu sistemi daxildən məhv etməyə başlayıb. Artıq TƏBİB ona göstərilən etimadın oyuncağa çevrilən bir quruma çevrildiyini sübut edir. İctimai sorğu bu qurumun, eyni zamanda İTS ( icbari tibbi sığortanın) ya kökündən ləğv edilməsini, ya da Səhiyyə nazirliyinin tabeçiliyinə verilməsini məqsədə uyğun hesab edir.

TƏBİB -in ,,KÖSTƏBƏYİ” yoxsa ,,ingilis şipyonu”?

TƏBİB demişkən, bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zamirə adlı xanımın adını çəkməmək insafsızlıq olardı. Çünki bir qurumun fəaliyyətinin aynası hesab edilən sahəyə rəhbərlik edən şəxsin fəaliyyəti çox önəmlidir. Zamirə Ədilova isə TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsindən daha çox İngiltərə ilə əlaqələr şöbəsinin rəhbərinə bənzəyir. Tez-tez uzaq yaşıl adaya səfərlər edən Zamirə Ədilova elə ictimaiyyətlə əlaqələri də ordan saxlayır. TƏBİB rəhbərliyinə xüsusi yaxınlığı ilə tanınan Zamirə Ədilova təkcə ictimaiyyətlə əlaqələrlə kifayətlənmir, yuxarı rəhbərliyə yaxınlığından sui-istifadə edərək ( bu xüsusi yaxınlıq barədə ətraflı məlumat verəcəyik) kadr yerləşdirilməsində , mühüm söz sahibi kimi tanınır.Yəni onun ,,maraqları” çərçivəsində TƏBİB in nəzdində olan yüksək postlara kadırlar yerləşdirilir. Öz həqiqi vəzifəsini unudan Zamirə Ədilova islahatlar adı altında özünə yaxın adamları ,, razılaşma” yolu ilə mühüm postlara yerləşdirir. Amma, bu əlaqələrin nə nazirliyə, nə TƏBİB – ə nə də dövlətimizə heç bir faydası və xeyri yoxdur.
Bütün bunlar isə TƏBİB-in hansı metodlarla idarə olunduğunun göstəricisidir. Vüqar Qurbanov, sizə marağlı gəlmir ki yutub səhifələrində axtarışa vurarkən sizin, müavinlərinizin, digər departament rəhbərləriniz haqqında xoş olmayan məlumatlar çıxır? Əsaslı və ya əsassız. Fərq etməz …
Sual olunur bu mənfi fikir formalaşdıran paylaşımlar arasında Zamirə Ədilovanın adı niyə yoxdur? Prezidentin köməkçisi Hikmət Hacıyev haqlı olaraq eyni zamanda TƏBİB -lə bağlı gedən yazıların sosial şəbəkələrdən silinməsi ilə əlaqədar tənqidi münasibət bildirmişdir. Silinən yazıların əksəriyyətində isə Zamirə Ədilovanın adının hallanması silinmənin əsas səbəblərindən biri hesab edilir
Xatırlayırsınızsa, az öncə öz guya peşəsinin nə olduğunu başa düşməyən Zamirə Ədilova Vüqar Qurbanovun qız övladının toy şənliyini paylaşmışdı. Onun paylaşımından sonra bu mövzu KİV-lərdə müzakirə mövzusuna çevirildi.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qızına qiyməti yarım milyon manata başa gələn dəbdəbəli toy etməsi sosial şəbəkələr və medianın gündəminə çevirildi
Toyda ölkənin tanınmış müğənniləri də iştirak etməsi , Röyanın 3-4 mahnıya görə 25 min manat, Aygün Kazımovanın ifa etdiyi 3-4 mahnıya görə Vüqar Qurbanovun 30 min manatından keçməli olması , ümumilikdə isə təkcə ölkə şou-biznes nümayəndələrinə 100 min manata yaxın pul xərclənməsi gündəm olmuşdu.
Məclis Bakının ən dəbdəbəli restoranlarından olan “Böyük Saray”da başlasa da, toya hazılıq və fotosessiya “The Ritz-Carlton Baku” otelində baş tutması, toya qədər bəy və gəlinin hədiyyə və aksesuarları da böyük diqqət çəkmişdi.
Sosial şəbıkələrdə gedən məlumata görə, bəy toya taxdığı qol saatı İsveçrənın məşhur brendi “Longiness”dən olması da xüsusu vurğulanmışdı. Bəyin qolundakı “Longiness” brendinin “Elegant Collection” modelinin qiyməti 105.050 TL-dir (təxminən: 8 min manat).Bəs bütün bunların məsuliyyıtini kimin adına yazaq? Sizcə bütün bunlar sadəlikdən, təcrübəsizlikdən irəli gəlirmi?Sizcə TƏBİB də öz yaxınlarından, dost-tanışlarından ibarət şəbəkə formalaşdıran birisi təcrübəsiz ola bilərmi? Yaxud oturduğu budağı baltalayaraq daha böyük vəzifəyə getmək üçün müxtəlif planlar cızan birisi bu qədər avamca davranarmı? Həmişə özünü Vüqar Qurbanova ən yaxın birisi kimi təqdim edən, demək olar ki min bir hoqqadan çıxan ,amma ilk fürsətdə zərər vermək üçün sabotaj edən şəxs plansız hərəkət edərmi?
Yəqin ki, sualları cavablandırdıqca vəziyyət sizlərə də aydın olur. TƏBİB-in danışmanı danışmasa daha yaxşı olar. Çünkü Vüqar Qurbanova ən böyük zərbəni elə onun öz sözçüsü vurur. Yəqin ki,səlahiyyət sahibləri bütün sadaladıqlarımıza diqqət yetirsələr görərlər ki, Azərbaycan da TƏBİB elə onun öz rəhbərləri tərəfindən uçuruma sürüklənir. Ataların gözəl bir sözü var-“evin sirrini uşaqdan soruş…” Zamirə Ədilova ” TƏBİB-in “xəbərçi uşağı” kimi Vüqar Qurbanov şəxsən sizin, eləcə də digər yüksək vəzifəli məmurlar barəsində, həmçinin paytaxt xəstəxanaları ,onların direktorları , baş həkimləri haqqında kompromat tipli məlumatları mediaya sızdırmaq sahəsində “əvəzsiz mütəxəssisdir.” Verdiyi məlumatların ciddiliyini nəzərə alaraq ciddi bir dövlət qurumunun media sahəsinə rəhbərlik edən şəxsin repartyor xidmətindən təbii ki, heç bir KİV imtina etməz. Amma, bunun Azərbaycan TƏBİB-nə, onun rəhbərinə zərrə qədər də xeyir gətirmədiyinin də fərqindəyik. Məhz bu səbəbdən Vüqar Qurbanov sizə müraciət edərək TƏBİB- in “köstəbək problemi”ni həll etməyə çağırırıq. Bu hər kəsdən əvvəl elə sizin özünüz üçün vacibdir!
Tezliklə müdaxilə olunmazsa, səhiyyəmiz cəzasızlıqdan özünü toxunulmaz hesab edən bir qrupun əlində tələf olacaq. Heç olmasa görəsən bizim mənsəb sahiblərimiz “Fatihə” surəsini düz-əməlli bilirlər? Səhiyyəmizi urvatsız öldürsələr də, heç olmasa urvatsız dəfn eləməsinlər!
Redaksiyadan qeyd: Hörmətli Əlvəz həkimə ulaşa bilmədik. Lakin yenədə qarşı tərəf kimi onunda mövqeyini dərc etməyə hazırıq!
TEREF

Paylaş: