Cəmiyyət

Goranboy sakini hərbi hissə rəhbərliyindən şikayətçidir – “MƏNİM YERİMİ ZİBİLLƏMƏSİNLƏR”

Goranboy rayonu, Goran kənd sakini Cavadov Zakir Kamran oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“Mən, Cavadov Zakir Kamran oğlu, bildirirəm ki, şikayətim hərbi hissədəndir.

N saylı hərbi hissə ilə qapı qonşusuyam. Mənim torpaq sahəmdə görüş yeri tikmişdilər, sonradan söküb apardılar. Mən də həmin yerdə valideynlərin rahatlığı üçün kiçik görüş yeri hazırladım. İndi həmin yerə heç kəsi qoymurlar. Qoymurlarsa, heç olmasa mənim yerimə ziyan vurmasınlar. Həftə sonu valideynlər mənim yerimi pis günə qoyurlar. Ərazini, mənim sahəmi zibilləyirlər.

İçəridə quru yer var, valideyn uşağı ilə həmin quru yerdə görüş keçirməlidir. Valideynləri torpağın üstündə oturdurlar. Mənim yerimdə isə oturmağa icazə vermirlər.

Valideyn uşağını gətirir, dərhal gəlib deyirlər ki, olmaz, çəpərdən içəri geçin.

Özləri də orda yeməkxana açıblar. Ona görə istəyirlər ki, hamı ordan nəsə alsın, bayırdan kimdənsə nəsə almasınlar.

Mən onların işinə qarışmıram. Amma mənim yerimə ziyan da vurmasınlar, sahəm batır. Yazıq valideynlər yer tapmayıb, mənim sahəmə gəlirlər. İcazə vermirlər ki, valideyn mənim yerimdə bir stəkan çay içsin.

Yayda mənim ağacımın altı maşınla dolu olur. Çox adam elə bilir hərbi hissə mənim sahəmdir. Amma bu, hərbi hissənin deyil, mənim şəxsi yerimdir. Deyirəm ki, qonşuyuq, icazə verin mənim yerimdə də 4-5 nəfər otursun. Valideyn nə etməlidir? Harda kölgə var, orda oturmalıdır. Artıq gələnlər vəziyyəti bilir. Gələndə yerə sərib oturmaq üçün palaz gətirirlər. Mənim tək onlara gücüm çatmır”.

Paylaş: