Cəmiyyət

Təcili Tibbi Yardım bu kənddə xidmət göstərmir… – AXI NİYƏ?

Xaçmazda bu kəndə Təcili Tibbi Yardım xidmət göstərmir. Dia-az.Media xəbəbr verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Belə ki, narazılığını ifadə edən rasyon sakini, ictimai fəal Vüsal Başaratvi bildirir:
“Xaçmaz rayon Qoçaqlı kəndindən Təcili Tibbi Yardımın “103” qaynar xəttinə yığanda Xaçmazın Təcili Tibbi Yardım bölməsinin operatorları götürür. Deyir ki, Qoçaqlı bizə baxmır. Xudatın Təcili Tibbi Yardım bölməsinin daxili nömrəsinə yığın. Belə xidmət olar? Bəlkə cibb telefonuna yığım? Növbədə olan həkimin evinə gedim? İnsan canı bu qədər dəyərsiz niyədir?
Ay TƏBİB, ay İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, ay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi… “103” qaynar xəttin nömrəsinin nə işə yaradığına dair açıqlama verəsiniz…”(Dia-az.Media)

Paylaş: