Millitv yə müraciət edən hələ ki, adlarının çəkilməsini istəməyən bir neçə aldadılmış şəxslər bildirirlər ki, 2022-ci ildən başlayaraq sahibkarlıq faliyyəti ilə məşqul olan Allahverdiyeva Leyla Dadaş qızı onlara şirin vədlər verərməklə onları aldadaraq xeyli miqdarda pullarını ələ keçirmişdir.
2023-cü ildən aldadıldıqlarını başa düşən şəxslər Leyla Allahverdiyevaya verdikləri pulu geri tələb etdikdə, Allahverdiyeva əvvəlcə müxtəlif bəhanələr gətirərək aldadılmış insanların pulunu qaytarmaqdan yayınmış. Sonradan ümumiyyətlə pulu qaytarmaq belə istəməmişdir.
Şikayətçilər Leyla Allahverdiyevanın onların başlarına gətirdiyi işlə əlaqədar Hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra aparılan araşdırma nəticəsində Allahverdiyevanın vətəndaşlara qarşı xeyli miqdarda ziyan vurması müəyyən edilmiş və Allahverdiyeva Leyla Dadaş qızına qarşı Yasamal rayon polis idarəsində vətəndaşlara qarşı xeyli miqdarda ziyan vurma 178.2.4 (dələduzluq) maddəsi ilə cinayət açılmışdır.
Qeyd edək ki, Leyla Allahverdiyeva Azərbaycan Respublikasının əməkdar artisti, məhşur müğənni Rühəngiz Allahverdiyevanın qardaşı qəzıdır.
MİLLİTV.AZ