Cəmiyyət

11 saylı cəzaçəkmə müəssisəsində məhbusların DƏRMANI SATILIR – İTTİHAM VAR…

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinin tibb sanitar hissəsində cəza çəkən 1-ci dərəcəli əlil məhkum Səmədov Əli Azər oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.Media-ya daxil olan müraciətdə deyilir:

“Yazıb sizə bildirirəm ki, mən hazırda xəstəliyim səbəbi ilə tibb sanitar hissədə müalicələrə cəlb edilmişəm.Səhətimin ağır olması səbəbi ilə müalicə ala bilmədikdə cəzamı çəkə bilmirəm.Sizə bildirirəm ki, son iki aydan da artıq müddət keçməsinə baxmayaraq müəssisəyə dərman preparatlarının gəlişinə məhdudiyyətlər qoyulmuşdur.15 saylı Cəzaçəkmə Müəssisəsində olduğu kimi digər Cəzaçəkmə Müəssisələrində habelə müalicə müəssisəsində də vəziyyət eynidir.Xəstə məhkumlarin dərmanların bitməsi səbəbi ilə müalicələri tamamilə dayandırılmışdır, həkimlər əllərindən gələni etmək istəsələr dərmanların olmamasına görə hər gün məhkumlarla mübahisəyə girmək məcburiyyətində qalır və onlara o dərmanları şəxsi hesablarına almaqlarini xahiş edirlər.Mənim kimi sosial müavinət alan məhkumlar dərmanları ala bilsə də kasıb, kimsəsiz məhkumlar yalnız öləcəyi günü gözləyirlər.Muraciətimə əsasən Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin əməkdaşı Məhəl həkim şifahi olaraq bildirir ki dərmanların bazadan cəzaçəkmə müəssisələrinə göndərilməməsinin başlıca səbəbi Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin rəisinin yeni dəyişdirilməsi və yeni rəisin cəzaçəkmə müəssisələrinə dərman preparatlarının paylanmasına dair sənədləri imzalamamasidir. Səbəb olaraq 11 saylı cəzaçəkmə müəssisəsinin baş həkimi Elşən İsayevin dərmanları müəssisə ərazisindən qeyri-qanuni çixarmasidir. Məsələ Tibb Baş idarəsi tərəfindən araşdırılır yəqin ki, önümüzdəki aylarda dərmanlar cəzaçəkmə müəssisələrinə çatdırılacaqdi.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Ədliyyə Naziri cənab Fərid Əhmədova müraciət edib xahiş edirəm yuxarıda qeyd etdiklərimi obyektiv araşdırıb qanunu tədbirlər görəsiniz. Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm….”

Dia-az.Media

Paylaş: