“Transservis” MMC məcburi auditdən yayındığına görə cərimələnib.
Əldə olunan məlumat görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. Hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Transservis” MMC rəhbəri “Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovdur.
Məlumatlara əsasən “Transservis” MMC (yeraltı dayanacaq)-lara nəzarət edir.
Mərkəzi yeraltı dayancağın işinin təşkili “Transservis” MMC həyata keçirir.
Xəbər verdiyimiz kimi Əbülfəz Məlikov Azərbaycandakı bir sıra biznes şirkətlərini Türkiyəyə köçürüb. Dəyəri milyonlarla manat olan şirkətlər Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevlə şərik işlətdiyi iddia edilir.
Qeyd edək ki, illərdir adı müxtəlif qalmaqallarda hallanan, dəfələrlə həbs xəbəri yayılan Əbülfəz Məlikov valyuta qaçalmalıçığındada adı iddia olunurdu.(xalq.az)
Bu məsələlərlə bağlı adları keçən şəxslərində açqılamasınıda dərc etməyə hazırırq.