Hacıqabulda sosial çətinliklərlə yanaşı, ekoloji problemlərdən də əziyyət çəkən minlərlə yerli sakin var. Son təbii hadsisənin miras qoyduğu sel sularının fəsadları, eləcədə rayon ərazisində 500-ə yaxın fərdi yaşayış evinin qrunt sularında qərq olması və kanalzasiyaların bərbad halda olması rayon camaatı demişkən “dərdi batmanla gətirib”. Yəni bu gün Hacıqabulda talehi məlum olmayan 500 ev və sosial sıxıntılardan əziyyət çəkən minlərlə yerli sakin dərdinə çarə tapa bilmir. Bəs bu vəziyyətdən camaatı kim qurtaracaq? görünür yenə dövləti yeyən məmurlar, dövlətə sığınacaq, kömək dilənəcək. Bəs onda hər işi dövlət görəcəkdisə, əcəba SİZLƏR nəyə lazımsız, axı nəyə görə böş yerə vəzifə zəbt etmisiniz deyib, axtarışına çıxan bir qurub hacıqabullu Ekologiya.az-ın əməkdaşları ilə həmsöhbət olub.
Şikayətçi şəxslərin dediyinə görə, “rayon və rayonətrafı ərazilərdə, o cümlədən böyük kənlərdə sel suları ətrafa səpələnmiş zibil tullantılarınıda özüylə gətirib. Sel suları ayrı bir dərd, natəmizlik isə ayrı. Zibil tullantılarının aylarla yığılıb qalması ilə bağlı problemlər hələdə yerli məmurlar tərəfindən görməzdən gəlindiyinə əyani sübutdur. Bəs görəsən yeni rayon rəhbəri iclaslarda məmurlara nəyi tapşırır, nələrə görə tənbeh etdiyi məchuldur. Dəyən isə yenə hacıqabullulara yəni biz kasıblara dəyir…”
Bunbunla yanaşı rayon bələdiyyəsi və Hacıqabul İH-nin Mənzil İstisiaar Təssərrüfatı birliyinin vəzifəlilərindən boğaza yığılan narazı yerli sakinlər bildirir ki, bir çox kənd və qəsəbələrdə, eləcədə rayonda zibil tullantıları atmağa zibil qutuları məhdud saydadı. İnsanlar kütləvi yaşadıqları ərazilərdə zibil qutuları tapmadığından tullantıları evlərin, məhəllələrin kənarına atır, ya da yolqırağı yerlərdə torpağa basdırırlar. Çoxmərtəbəli binalarda isə sakinlərin tullantıları yaşadıqları binaların girişinə, küçəyə, hara gəldi tullaması halları da rayonda hələ də özünü göstərməkdədir. Yaxud rayonətrafı qəsəbələrdə zibil qutuları bir çox hallarda “əlçatmaz” məkanlarda-yağışda palçığı dizə çıxan yerlərdə qoyulur ki, sakinlər də belə qutulara “yan ala” bilməyib zibilləri hara gəldi atırlar.
Demək olar ki, rayonda tullantıların idarə olunması miqyası sıfır səviyyədədir. Rayon miqyasında mövcud problemlərdən biri də ətraf mühitin davamlı çirkləndiricilər və ağır çoxçeşidli tullantılarla çirklənməsidir ki, buda COP 29 öncəsi olduqca aktual və həlli vacib problemdir, deyə narazı sakinlər əməkdaşlarımıza bildirib.
Onlar hazırkı həlli vacib problemlərlərin aradan qaldırılması üçün dəfələrlə Hacıqabul İH-nin yeni təyin olmuş rəhbərinin
qəbuluna getsələrdə, icra başçısının ya tədbirdə, yada ki şəxsi işləri ilə bağlı rayonda olmadığı, qəbulda oturan köməkçi tərəfindən bildirildiyi də sakinlərin şikayətində əksini tapıb.
QEYD:
Növbəti yazıda işini donduran Hacıqabul rayonundakı məmurlarla bağlı geniş reportaj dərc edəcəyik. Hər bir rayon sakininin dərdlərin dinləyib, şikayət və müraciətlərini işıqlandırmağa hazırıq! Hörmətli rayon sakinləri, şikayət və müraciətlərinizi saytımızdakı elektron ünvanımıza göndərə bilərsiz!
Ekologiya.az
Xəbəri Facebook-da paylaş